06.02.2020 [11:37] - Borçalı
Sakinlərin sözlərinə görə, əvvəllər kənd istiqamətində bələdiyyə avtobusları işləyirmiş. Bu gün isə 3 ildən çoxdur ki, avtobuslar işləmir. Hal-hazırda Marneulidən kəndə getmək üçün sakinlər günorta saat birədək işləyən kənd marşurtlarından istifadə edirlər. Günün ikinci yarısında isə kəndə taksi ilə qayıtmalı olurlar. Marneuli ilə Sadaxlı arasındakı məsafə 30 km-dir. Kənddə 7 mindən çox insan yaşadığından rayon mərkəzinə gediş-gəliş çox olur. Marşrut və taksilərdən ən çox Tiflis və Marneulidə təhsil alan tələbələr istifadə edirlər.
Aytac Ağacanova 23 yaşındadır, 5 ildir ki tələbədir. O, bildirir ki, kəndə getməkdə daha çox tələbələr çətinlik çəkirlər. “Dərslərimiz axşam bitən zaman kəndə getmək çətin olur. Saatlarla taksi ya da marşrut gözləməli oluruq. Axşam saatlarında kəndə getmək üçün taksiyə artıq pul ödəməli oluruq”, – Aytac Ağacanova deyir.
İlia Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan, Sadaxlı kənd sakini Mədinə Əzizbəyovanın sözlərinə görə, ümumiyyətlə tələbələrin dövlət tərəfindən nəqliyyatla təmin olunmaması onlar üçün problem yaradır. O, deyir ki, “Dövlət tələbələri pulsuz nəqliyyatla təmin etməlidir.”
Məsələyə aydınlıq gətirmək üçün Marneuli meri Zaur Darğallı bildirib ki, əgər insanlar avtobuslardan istifadə etsələr, bunu nəzərə alaraq həmin istiqamətə çalışıb daha çox nəqliyyat veriləcək. Lakin bunun əksi olaraq avtobuslardan az istifadə olarsa həmin istiqamətdə avtobuslar dayandırılacaq.
“Bizim məqsədimiz yeni avtobuslar almaqdır, insanlar yeni rahat avtobuslardan istifadə etsələr, daha rahat gedərlər. Buna görə köhnə avtobusları almaq kimi bir fikrimiz yoxdur. Köhnə avtobusların çoxu sıradan çıxıb, biz buna nəzarət edəcəyik, əgər yaxşı vəziyyətdə olarsa, kəndlər üçün istifadəyə buraxılacaq .Əlbəttə bu il yeni ağ avtobuslarla birlikdə sarı avtobuslar da istifadə olunacaq və hər il yeni avtobuslar alınacaq. Biz çalışacağıq ki, 2020 və 2021ci illərdə əhalinin nəqliyyat problemi qalmasın. Hal-hazırda 5 yeni avtobus gətirilib və biz bu sayı 20-yə çıxaracağıq. Ağ avtobusları isə kart sisteminə keçirəcəyik ki, bu da insanlara problem yaratmayacaq. Həmçinin tələbələr üçün və müəyyən sosial qurumlar üçün gediş pulsuz olacaq”, – Zaur Darğalı dedi.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |