20.09.2012 [17:14] - Mədəniyyət
Gəncə şəhəri İranlı Mühacirlər Cəmiyyətinin sədri,
Əli Dəsti
Rübabə Xəlil qızı Muradova 1930-cu ilin mart ayının 22-də cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur.
1946-cı ildə İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökumət zamanı Rübabə xanım mədəniyyət evlərində, konsert salonunda “Qara Gilə” xalq mahnısı ilə oxumağa başlamışdır. O, günü-gündən püxtələşir, ustad müğənni kimi müxtəlif xalq mahnısı, təsnif və muğam ifa edirdi.
1946-cı ilin Azər (dekabr) ayının 12-də Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğuldu. İnqlabçı fədailər Şimali Azərbaycana qan qardaşlarına pənah gətirdilər.
Həmin inqlabçı fədailərdən biri də Xəlil idi. O, ailəsi ilə birlikdə Şəmkirdə məskunlaşdı.
Rübabə xanım mədəniyyət evlərində məlahətli, yanıqlı, gözəl səsə malik olduğunu sübut edərək xalqın rəğbətini qazandı.
O, 1954-cü ildən Azərbaycan Opera və Balet Teatırının salisti idi. Rübabə xanım Ü. Hacıbəyovun “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”ində Əsli, “Şah İsmayıl”ında Ərəbzəngi, M.Moqamayevin “Aşıq Qərib”ində Şahsənəm, Ş.Axundovanın “Gəlin qayası”nda Sənəm və.s operalarda gözəl ifası və rollarla yaddaşlarda qalmışdı.
1955-ci ildə Asəf Zeynallı adına musiqi məktəbində Seyid Şuşinskinin sinfini bitirmişdir. O, muğam, təsnif və xalq mahnıları ifaçısı kimi də məşhur olmuşdur. O, güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik bir sənətkar idi.
Rübabə Muradova 1971-ci ildə Azərbaycan SSR Xalq Artisiti adına layiq görülmüşdür. Eyni zamanda “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Anar “Qara Gilə” hekayəsini Rübabə Muradovaya həsr etmişdir.
Rübabənin orijinal ifaçılıq üslubundan həsrətli Araz, doğma ana vətən həsrəti, Şəhriyarın “Heydər babaya salam” poemasından ayrılıq və digər mahnıları əbədi olaraq Azərbaycan xalqının zəka və qəlblərində qızıl hərflərlə həkk olunmuşdur.
Rübabə Xəlil qızı Muradova qəlbində Araz, doğma ana vətən və Təbriz həsrəti ilə gözlərini yumub əbədiyyata qovuşdu.

Bu xəbər oxucular tərəfindən 1939 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |