Şrift:
Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib
07.02.2020 [09:36] - Hüquq
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hüseynov Natiq Rafiq oğlu həbsindən əvvəl Binəqədi rayonundakı kənd qəbiristanlığında gizlətdiyi “Deutsche Werk Erfort” markalı tapançanı və ona məxsus sandıqçanı könüllü olaraq təhvil verib. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed