07.02.2020 [09:45] - Hərb
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər planı çərçivəsində cəbhəyanı bölgədəki hərbi hissələrdən birində “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” devizi altında vətənpərvərlik tədbiri keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, növbəti təlimi uğurla başa vuran tankçılar fasilə zamanı bir yerə toplaşaraq iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsini ehtiramla yad edib və xalqımızın qəhrəman oğlunun, unudulmaz sərkərdənin davamçıları olaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
Polkovnik Elşad Əbilov orta məktəbdə oxuduğu illərdə qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində olduğu günü xatırlayaraq deyib: “Mənim hərbi peşəyə marağım məhz Həzi Aslanovun ev-muzeyini ziyarət etdiyim gündən başladı. Söz verdim ki, mən də zabit olacağam, öz həyatımı Vətənə xidmət peşəsinə həsr edəcəyəm. Tale elə gətirdi ki, mən Latviya Respublikasında Sovet İttifaqı marşalı S.S.Biryüzov adına Riqa Ali Hərbi Siyasi Məktəbinə daxil oldum. Həzi Aslanovun Belarusiyadakı uğurlu döyüşlərindən sonra Birinci Pribaltika cəbhəsində tank briqadasına komandirlik etdiyi və Liepaya şəhərində həlak olduğu barədə məlumatım var idi. Digər azərbaycanlı kursantlarla həmin şəhərə getdik. Generalın müəmmalı şəkildə həlak olduğu yeri ziyarət etdik və söz verdik ki, Həzi Aslanov kimi doğma Azərbaycanımıza həmişə başucalığı gətirəcək, xalqımızın yüksək mənəvi, iradi keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərəcəyik. Mən artıq arzuma çatmışam. Həzi Aslanovun bütün həmyerliləri də cəbhə bölgələrində Vətən torpaqlarının keşiyində durmaqdan böyük qürur duyur”.
Aprel döyüşlərində göstərdiyi şəxsi şücaətə və qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi xidmətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunmuş igid tankçı Paşa Mehdiyev nəzərə çatdırıb ki, bu gün Azərbaycan Ordusunda Həzi Aslanov kimi peşəkar tankçılar kifayət qədərdir. Onlar xalqımıza qələbə sevincini yaşadan Aprel döyüşləri zamanı Həzi Aslanovun layiqli davamçıları olduqlarını bir daha təsdiqlədilər. “Biz tankçılar sanki döyüşə deyil, toy-bayrama gedirdik. Düşmənlər silah-sursatlarını, yaralı döyüşçülərini geridə buraxaraq qaçmağa məcbur olmuşdular. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda” medalı ilə təltif olunan komandirimiz Vilayət Quliyev Həzi Aslanovun hərbi fəndlərindən çox məharətlə istifadə etdi. Gizir Azad Mərdəliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Tofiq Babayev və Cavad Cavadov əsl qəhrəmanlıq nümunələri göstərdilər. Biz hər birimiz Həziyik. Peşəkarlığımızı, nəzəri bilik və praktiki vərdişlərimizi durmadan artırır və hər an Ali Baş Komandanın əmrlərinə hazırıq!”, - deyə cəsur tankçı qeyd edib. Sonra “Həzilər yurdu”, “Tankçılar marşı” ifa olunub, əfsanəvi sərkərdə haqqında şeirlər söylənilib. Tədbir “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı ilə başa çatıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |