07.02.2020 [13:28] - Borçalı
Gürcüstanın başkəndi Tiflis meriyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanın, indiki Gənclər Sarayının bərpası ilə bağlı bəzi layihə şəkillərini ictimaiyyətə təqdim edib. Şəkillərə əsasən, layihə çərçivəsində tarixi binanın qapı-pəncərələri yenilənəcək və fasadının rəngi də dəyişdiriləcək. Tikilinin arxa hissəsi də təmir-bərpa olunacaq, həyətinə yeni daş örtüklər döşənəcək, yaşıllıq sahələri salınacaq, yeni oturacaqlar və işıqlar quraşdırılacaq.
Qeyd edək ki, binanın təmir-bərpası layihəsinin dəyəri, təxminən, 25 milyon lari (8,8 milyon ABŞ dolları) təşkil edir. Layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılacağı planlaşdırılıb.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |