21.09.2012 [11:44] - Mədəniyyət
Azərbaycanlı xanəndə Qoçaq Əsgərov sentyabrın 23-də İspaniyanın «İnstitut de Cultura de Barcelona» mərkəzində çıxış edəcək.
Xanəndənin verdiyi məlumata görə, o, bu məkanda musiqiçilərimizin müşayiəti ilə canlı oxuyacaq. Konsert Barselonada keçirilən «Merce-2012 — Merce Musica» beynəlxalq musiqi festivalı çərçivəsində təşkil edilir: «Bizim çıxışımız Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutur. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti hesab edilir».
Xanəndə bildirir ki, konsertdə onu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Xanəndə muğam, təsnif və xalq mahnıları səsləndirəcək. Azərbaycanlı musiqiçinin konserti ilə bağlı afişalar artıq şəhərin küçələrinə vurulub.

Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |