Şrift:
Fərəc Quliyev: Seçildiyim ərazinin üç problemi büdcə müzakirələrində
07.02.2020 [15:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

29-cu hissə

171.Parlamentdə qaldırılan məsələlərin ictimaiyyətə çatdırılması: (22.10.2019)

Parlament televiziyasının yaradılması, indilikdə mümkün deyilsə, biz eliyə bilərik ki, Azərbaycan televiziyası və yaxud da İctimai televiziya da parlament saatı ayrılsın və burda olan çıxışlar orda verilsin. Bu çox vacibdir. Mən demirəm canlı verilsin. Amma onların göstərilməsi çox vacibdir, cəmiyyətin xəbəri olsun ki, parlament çalışır. Çünki hörmətli Zahid bəyin rəhbərlik etdiyi tətqiqatlar mərkəzinin sorğularında 52 faiz insanın parlamentdən gözləntiləri vardır. Biz əslində bizdən asılı olan hər şeyi edirik. İcra strukturları bunu eləmir və bizə irad tuturlar. Və yaxud da biz əgər bu mexanizmi eləsək cəmiyyət görəcək ki, onları düşündürən məsələlər burda qaldırılır. Və mən təklif etmişdim, bir də təklif edirəm. Burda qaldırılan məsələlər stenoqramlardan çıxarılsın, adiyyatı üzrə icra strukturlarına göndərilsin və onlar bu məsələlər haqqında ölçü götürəndən sonra növbəti iclasda bura göndərilsin və burda 5-10 dəqiqəyə məlumat verilsin. Bu cəmiyyətdə göstərilsin ki, burda sizin iradəniz ifadə olundu, o məsələyə baxıldı, ölçü götürüldü və yaxud da ölçü götürüləcək.

172.İstehsal ilə bağlı: (13.11.2019)

Dünyada təməl trendlər dəyişərək dövlətin və həyatın yeni təbiətini müəyyənləşdirmək zərurəti yaradb. Sərt gücdən yumşaq gücə keçid daha aparıcı yerdədir.Artıq təkcə istehsal-istehlak-böyümə düsturu yetərsizdi. Təməl parametrlər içərisində, texnologiyadakı dəyişimlər, süni zəka, və mobillik mərkəzli inkişaf bütün insan həyatını və təbiətini dəyişdirməyə namizəddir. "Sənaye 4,0" və "Cəmiyyət 5,0" anlayışlarının dünyanı dəyişmək və idarə etmək baxımından əhəmiyyətli başlıqlar olduğu aşkardır.Mən çox ümid etdiyim yeni hökumət üzvlərindən büdcədə məhz dövrün bu çağırışlarını nəzərdə tutan qeyri-neft sektorunun təməlinin qoyulması və inkişafı üçün vəsaitin nəzərdə tutmasını gözləyirdim.Hesab edirəm ki yeni komandanın belə bir potensialı var və ümid edək ki yeni ekosistemin-(yani təhlükəsizliyin yeni iqtisadi sisteminin ) -yaradılması və inkişafı üçün tikinti və digər bəsit sahələrdən vəsait azaldılaraq məhz bu sahəyə yönəldiləcək.Kosmos dövlətləri sırasında olan bir ölkə kimi yeni texnologiyaların istehsalı ilə yeni sənayeləşmənin təməlini nədən qoymayaq ki?
Bu hədəflənməzsə, hələ uzun müddət kondisioner və soyuducuları,hətta masaüstü qaz plitələri və digər adi məişət əşyalarını belə xaricdən almaq məcburiyyətində qalacağıq.Bu həm valyuta itirməkdir,həm bazarları itirməkdir,həm potensial iş yerlərini itirməkdir.

173.Seçildiyim ərazinin üç problemi büdcə müzakirələrində: (13.11.2019)

- Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 14b, Muxtar Fətəliyev küçəsi, 15 və 17 saylı yaşayış binaları 1992-ci ildə inşa olunub və hələ də bu binalar istilik sitemi ilə təchiz edilməyib.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciətimə isə cavab olaraq bildirilib ki, istilik təchizat sistemlərinin yenidən qurulması və bərpası istiqamətində müəyyən hazırlıq işləri görülsə də bunun üçün dövlət büdcəsində investisiya vəsaiti nəzərdə tutulmadığından qeyd olunan layihənin icrası mümkün olmayıb.
Həmin 3 binanın hər birinin 9 mərtəbə olduğunu nəzərə aldıqda, bu yüzlərlə ailənin və ya minlərlə sakinin istiliklə təchiz olunmaması deməkdir.

- Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şimal” və “Şərq” yaşayış sahələrində tikilmiş yüzlərlə şəxsi evin kanalizasiya suları rayonun Bülbülə gölünə axıdılır. Düzdür, orada yaranmış böhranlı vəziyyətin aradan qaldırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilir. Lakin, xətlərin mərkəzi sistemə qoşulmamasının səbəbi həmin ərazini də nəzərdə tutan kanalizasiya kollektorunun tikintisinin yarımçıq qalmasıdır ki, bunun da səbəbi vəsait çatışmazlığı ilə bağlıdır.

- Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə: 4042-60, Etibar Bəkirli küçəsi, ev: 45 ünvanında məcburi köçkünlərin məskunlaşdığı mənzillərin mülkiyyət hüququna sahib olan 154 ailədən ibarət sakinləri bir neçə dəfə mənə kollektiv şəkildə müraciət edərək bildirirlər ki, ailələrin əksəriyyəti ağır sosial şəraitdə yaşadıqları üçün kirayə qalma imkanları tükənib və öz mənzillərində yerləşmələrinə ciddi ehtiyacları var. Onlıardan bəzilərinin əlində mənzilində məskunlaşmış məcburi köçkünlərin çıxarılması ilə bağlı məhkəmə qərarları da var.

Bu problemlə bağlı da sakinlərin dövlət qurumlarına saysız müraciətləri olub, dəfələrlə mətbuat orqanları vasitəsi ilə də müraciətlər edib kömək istəyiblər.
Həmin sakinlərin müraciətləri əsasında mən Milli Məclisdə bir dəfə də məsələ qaldırdırmışdım. Məcburi köçkünlər üçün tikilən binalardan birinə bu binada məskunlaşmış məcburi köçkünlərin köçürülməsi və ya mənzil sahibi olan sakinlərə mənzillərin həcminə uyğun şəkildə kompensasiya ödənilməsi yolu ilə yaranmış narazılığı aradan qaldırmaq olar.
Ümumiyyətlə məcburi köçkünlər üçün tikilən yeni evlərə yataqxanalar, sanatoriyalar və bu kimi dövlət mülkiyyətində olan bunalarda məskunlaşmış məcburi köçkünlərdən əvvəl, sakinlərin şəxsi evlərində və mənzillərində məskunlaşmış köçkünlərin yerləşdirilməsi daha məqsədəuyğun olar ki, bu da bu cür narazılıqların yaranmamsına səbəb olar.

174.Uşaq bağçaları və körpələr evlərində çalışan tərbiyyəçilərin dövlət tərəfindən attestasiyadan keçirilməsi təklifi: (19.11.2019)

Bizə həm valideynlər, həm də uşaq bağçaları və körpələr evlərindən müraciətlər və şikayətlər daxil olur ki, bağça tərbiyəçiləri attestasiyadan keçirilmir. Orta məktəb müəllimlərinin attestasiyadan keçirilməsi necə ki, müəllimlərin təhkimləşdirilməsində və tədrisin keyfiyyətinin artırılmasında nəzərəçarpacaq irəliləyişə səbəb oldu, eyni modelin baxçalar və körpələr evləri üçün də tətbiq edilməsi müraciətçilər tərəfindən məqbul sayılır.
Düzdür, cari ildə hökumət uşaq bağçalarında təlim-tərbiyənin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirdi. Lakin, tərbiyəçilərin bilik və bacarıqlarının müntəzəm yoxlanılması ilə bağlı mexanizm yoxdur. Mövcud qaydalara görə tərbiyyəçilərdə ciddi nöqsanları aşkarlayan baxça rəhbərliyinin isə tədbirlər görməklə müəllimi bağçadan uzaqlaşdırmaq səlahiyyəti yoxdur.
Ona görə də həm Milli Məclisin müvafiq komitəsini, həm də aidiyyatı hökumət qurumlarını bizə olunan müraciətlər əsasında qaldırdığım bu məsələni nəzərə almalarını xahiş edirəm.”

175.Şəxsi dedektiv fəaliyyəti haqqında qanun qəbul edilməsi təklifi: (19.11.2019)

Məncə şəxsi dedektiv fəaliyyəti haqqında da bir qanun qəbul oluna bilər və bu çox mütərəqqi bir addım sayılar. Hesab edirəm ki, bu qanun geniş sahəni nəzərə ala bilər. Dedektiv xidmətlərində məlumatların toplanması, sonradan prossesual qaydada sübut kimi mülki iddiaçı, cavabdeh və mülki prosesdə iştirak edən üçüncü şəxslər tərəfindən istifadə oluna bilər.
İkinci -bazarın araşdırılması, müəssisə daxilindəki və xaricindəki vəziyyətin təhlili, mümkün dəyişikliklərin proqnozu, idarəetmə qərarlarının verilməsi meyarların axtarılmasından ibarət də addımlar atıla bilər.
Üçüncü -işgüzar fəaliyyətdə marka adlarının və adlardan qanunsuz istifadəsi, haqsız rəqabət , habelə ticarətin sirrini təşkil edən bəzi məlumatların açıqlanması hallarının müəyyən edilməsi məsələsinə baxıla bilər. Bunlar göründüyü kimi çox mühim məsələlərdir.
Dördüncü -əmək və digər müqavilələr bağlanarkən ayrı-ayrı vətəndaşlar haqqında bioqrafik və digər şəxsiyyəti xarakterizə edən məlumatların dəqiqləşdirilməsi mühim bir hal kimi aydınlaşdırıla bilər.
Beşinci -itkin düşmüş vətəndaşların axtarışı .Bu xidmət vətəndaşların və təşkilatların təşəbbüsü ilə xüsusi dedektiv tərəfindən həyata keçirilə bilər.
Altıncı -vətəndaşlar və ya müəssisə, idarə, təşkilat tərəfindən itirilən əmlakın axtarışı ; Yeddinci- proses iştirakçıları iddiaçı, cavabdeh, zərərçəkən, təqsirləndirilən, cavabdeh və onların nümayəndəliyi ilə müqavilə əsasında cinayət işləri haqqında məlumatların toplanması. Bu özəl dedektiv xidməti analoji cəhətdən mülki işlər xidmətinə bənziyəcək təbii ki. Mən bu siyahını uzada bilərəm və hesab edirəm ki, hüquqşünaslar bu məsələyə daha ciddi şəkildə baxa bilərlər və mən Əli müəllimdən xahiş edirəm ki, o qanunlar paketi hazırlananda bu məsələni də lütfən nəzərə alsınlar.

176.Türkiyə-Azərbaycan münasibətləri-ortaq ordu təklifi: (03.12.2019)

Azərbaycan -Türkiyə arasındakı münasibətlər iqtisadi-mədəni müstəvidən daha çox artıq siyasi-hərbi müstəviyə də keçməkdə davam eləməlidir, daha da dərinləşməlidir. Mən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, xüsusən logistik imkanların artdığı bir zamanda - Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyə və Azərbaycanın birgə inşa etdiyi yollarla xaricə göndərilməsi təhdidlə qarşılanır.Bu yolların mütəmadi olaraq o müqavilələr bağlanan anda Ermənistan tərəfindən və bizim inkişafımızı sevməyən dövlətlər tərəfindən təhdid olunması onu özündə ehtiva edir ki, Türkiyə-Azərbaycan arasında ortaq ordu yaratmağın zamanıdır ki, bəlkə ehtiyac olarsa bu xətlərin qorunması, kommunikasiya sistemlərinin qorunması təmin olunsun. Bu bölgəni təhdid etməklə təhlükəli zona olmasını düşmən tərəf imitasiya etməklə Azərbaycanın iqtisadi inkişafına mane olmaq istəyi həmişə olub. Belə dövlətlərə cavab vermək üçün Azərbaycandan başqa, layihələrdə iştirak edən başqa dövlətin də təhdidlərdən müdafiədə iştirakını təmin eləmək üçün belə bir orduya ehtiyac vardır və bəlkə günün birində barış əməliyyatında olduğu kimi (mən barış keşməsi əməliyyatını nəzərdə tuturam-Türkiyədəki) sərhəd bölgəsindən düçmən tərəfə bir neçə 10km-lərlə içəridə təhlükəsiz zona yaratmaq lazım olacaqdı. Kəmərləri təhdid edənlərə qarşı bu davranış hər an zərurətə çevrilə bilər. Mən təmas xəttini nəzərdə tutmuram, mən sərhəd xəttini nəzərdə tuturam. Ona görə hesab edirəm ki, müvafiq strukturlar bu məsələni müzakirə eləsələr və baza hazırlasalar, həm də Türkiyə-Azərbaycan ictimaiyyəti tərəfindən də bu məsələnin müzakirə olunması işin xeyrinə olar. Bütövlükdə isə mən bu davranışları və bugünkü təsdiq edəcəyimiz sənədi də uğurlu hesab edirəm, bu çox normal bir gedişatdır.

177.İşsiz ailələrə iş təklifi: (03.12.2019)

Mən təklif edirəm ki, yeni reformis hökumət kasıb ailələrlə bağlı olaraq növbəti bir addımın atılması üçün mənim bir təklifimi nəzərə alsınlar. Azərbaycanda elə ailələr var ki, heç bir üzvü heç bir işlə məşğul olmur. Bu dəyişikliklər məşğulluqla bağlı olduğu üçün mən bu məsələyə toxunuram. O ailələr azda ola bilər, çox da ola bilər. Söhbət ondan gedir ki, belə ailələrin bələdiyyələr vasitəsilə qeydiyyata alınması mümkündür, bir informasiya bankı yaratmaq mümkündür. Vakant iş yerləri yarananda, iş yerləri açılanda, yeni müəssisələr açılanda ilk olaraq bu ailələrin üzvlərini işlə təmin eləmək üçün həmin banka müraciət eləmək olar ki, ən azından bir nəfər həmin ailələrdə çalışma imkanı əldə etsin. Mən belə bir bankın yaradılmasını təklif edirəm.

Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed