08.02.2020 [10:51] - Hadisə
Fevralın 7-də saat 12 radələrində Ağsu rayonunun şimal dağlıq ərazisində baş verən yanğınlar söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən bildirilib ki, rayonun Girdə və Kövlüc bələdiyyələri ərazisində baş verən yanğın 32 hektar ərazini əhatə edib. Belə ki, Kövlüc bələdiyyəsi ərazisində 27 hektar, Girdə ərazisində isə 7 hektar sıx kolluq və xırda ağaclar yanıb. Dünən saat 17 radələrində bütün yanğın ocaqları söndürülüb. Gecə səhərədək əraziyə nəzarətçilər qoyulub. Hazırda heç bir yanğın təhlükəsi yoxdur.
Yanğınla mübarizədə Ağsu yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşın və 15 nəfərlik şəxsi heyət, habelə İsmayıllı rayonundan 1 yanğınsöndürən maşın və 8 nəfərlik şəxsi heyət iştirak edib.

Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |