08.02.2020 [11:56] - Sosial, Bildiriş
Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi iki gün davam edəcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva bildirib.
Direktor qeyd edib ki, hava şəraitinin dəyişməsi ötən gün axşam saatlarında başlayıb:
“Gözlənildiyi kimi, fevral ayının 7-də axşam saatlarından başlayaraq şimal-qərbdən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havada dəyişiklik müşahidə olunur. Ötən günlə müqayisədə, havanın temperaturu kəskin -18 dərəcə aşağı enib.
Bu gün səhər saatlarına olan məlumata görə, paytaxtda yeddi dərəcə isti müşahidə olunur. Respublikanın bir çox rayonlarında yağış, dağlıq ərazilərdə qar yağıb. Bu gün ərzində əlverişsiz hava şəraiti davam edəcək.
Lakin fevralın 9 və 10-da kəskin hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu sıfır dərəcəyə yaxınlaşacaq. Fevralın 9-dan 10-na və 10-dan 11-nə keçən gecə səhər saatlarında ölkə ərazisində 1-4 dərəcə şaxta olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçəcək. Eyni zamanda, güclü şimal-qərb küləyi əsəcək”.
U.Tağıyeva qeyd edib ki, kəskin hava şəraiti yanvarın 24-də müşahidə edilən yağıntılı, küləkli havadan daha soyuq, uzunmüddətli və kəskin olacaq.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |