08.02.2020 [12:32] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüş keçirilib.
İnstitutdan bildirilib ki, görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyev gənclərin elmə cəlb olunması istiqamətində görülən işlərin uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, elm və təhsilin inteqrasiyası məqsədilə gənclər arasında olimpiadalar təşkil olunur, müxtəlif layihələr həyata keçirilir.
İnstitutun direktoru liseyin şagirdlərinin elmə marağının artırılması üçün onlarla interaktiv işlər aparılmasının böyük səmərə verəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, institutun əməkdaşları, magistrantları, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri şagirdlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə onlara dəstək olacaqlar.
Akademik, həmçinin bu ilin may ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktik konfransının keçiriləcəyini diqqətə çatdırıb və “Sabahın alimləri” IX Respublika müsabiqəsinin iştirakçılarını konfransda yaxından iştirak etməyə dəvət edib.
Daha sonra şagirdlər fevralın 11-13-də ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələri təqdim ediblər. Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning” robotunun, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdləri Selcan Kərimli və Nuray Kərimli “Coder Hub”, liseyin 10-cu sinif şagirdləri Məhərrəm Əkbərov və Kamal Əlizadə “Health&Donate” layihələrini təqdim ediblər.
Qeyd olunub ki, “Coder Hub” tətbiqi “Java Script” proqlamlaşdırma dilinin “REACT Native framework”da yazılmış proqram məhsuludur. Proqramlaşdırma sahəsinə marağı olan şəxslər “C++”, “Java Script”, “Python” kimi dövrün ən məşhur proqramlaşdırma dillərini öyrənə biləcəklər. Proqramda kursun mənimsənilmə dərəcəsini yoxlayan test nümunələri yerləşdirilib və kursun sonunda istifadəçilərə sertifikat veriləcək. “Coder Hub” istənilən yaş qrupuna uyğundur və istifadə zamanı internet dəstəyinə ehtiyac yoxdur. Bu proqram həm Android, həm də İOS əməliyyat sistemlərini dəstəkləyir.
“Health&Donate” vasitəsilə onlayn həkim, donor, dərman alış-verişi etmək və ən yaxın məsafədə olan xəstəxananı seçmək mümkündür. “Java Script” proqram dilinin köməyi ilə hazırlanan tətbiqdən Android və İOS əməliyyat sistemlərində istifadə etmək mümkündür.
Daha sonra müsabiqədə iştirakla bağlı görüləcək işlər barədə müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |