Şrift:
“Böyük dəbilqə” turnirinin birinci günündə 10 cüdoçumuz mübarizəyə başlayır
08.02.2020 [12:40] - İdman
Fevralın 8-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür. Turnirin birinci yarış günündə Azərbaycanın 10 cüdoçusu mübarizəyə başlayacaq.

Kişilərin yarışında 60 kiloqram çəki dərəcəsində Kəramət Hüseynov Salih Yıldız (Türkiyə), Əhməd Yusifov Mohamed Rebahi (Əlcəzair), 66 kiloqram çəki dərəcəsində Nicat Şıxəlizadə Artur Te (Qırğızıstan), İbrahim Əliyev isə Eldos Jumakanov (Qazaxıstan) - Strahinja Bunçiç (Serbiya) cütünün qalibi ilə görüşəcək. Telman Vəliyev 73 kiloqramda Keysey Nakano (Filippin) ilə mübarizə aparacaq.

Qadınların yarışında isə 48 kiloqram çəkidə Leyla Əliyeva Narantsetseg Ganbatar (Monqolustan) - Alesya Kuznetsova (Rusiya) cütünün qalibi, Aişə Qurbanlı Melodi Voqarni (Fransa), 52 kiloqram çəki dərəcəsində Gültac Məmmədəliyeva Sarah Menezes (Braziliya) ilə güclərini sınayacaqlar. İçinxorloo Münxtsedevin Jessika Pereyra (Braziliya) və Aleksandra-Larisa Florianın Nqoq Nquyen (Vyetnam) ilə qarşılaşmaları 57 kiloqram çəki dərəcəsində baş tutacaq.

Fevralın 9-dək davam edəcək turnirə 115 ölkədən 600-dən çox idmançı qatılıb.

“Böyük dəbilqə” turniri “Tokio 2020” Yay Olimpiya Oyunlarına reytinq xalları qazandırır.

Xatırladaq ki, ötən il Parisdə keçirilmiş analoji yarışda təmsilçilərimiz İrina Kindzerska (78 kq-dan yuxarı) gümüş, Uşangi Kokauri (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed