21.09.2012 [14:51] - Sosial
Zaqatala-Qax bölgəsində 7 bal gücündə baş vermiş zəlzələdən artıq 4 aydan çox vaxt keçib. Soyuqların, qışın düşməsinə az bir vaxt qalsa da, adıçəkilən rayonda hələ də evlər tam hazır deyil, əhali çadırlarda yaşamaqdadır. Hazırda rayonda aparılan tikinti-bərpa işlərinin hansı yerdədir?
111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva bildirib ki, həqiqətən hazırda evlərin hamısı tam hazır deyil, lakin işlər davam etdirilir, yəni dayanma yoxdur: “Təbii ki, yarımçıq işlər var. Prezident Zaqatalada olarkən, tapşırdı ki, dekabr ayına qədər, yağış, qar yağana kimi bütün evlər hazır olsun. Orada elə evlər var ki təmir olunmalı, elələri də var ki, onlarda bərpa işlər aparılmalı, yaxud yenidən tikilməlidir. Aparılan işlərlə bağlı prezident Fövqəladə Hallar Nazirliyinə, rayon icra hakimiyyətinə rəsmən tapşırıq verdi. İlin sonuna kimi işlər başa çatacaq. Əminəm ki, prezidentin müvafiq tapşırıqlarına əməl olunacaq, dekabr ayına qədər bütün evlər hazır olacaq”.
Məktəblərin tikilməsinə gəlincə, deputat bildirib ki, əsa güc məhz məktəblərin tikintisinə verildi. “Sentyabrın 15-ə qədər dağılan məktəblərin hazır olunması üçün kifayət qədər güc məktəblərin tikintisinə verildi ki, uşaqlar təhsildən yayınmasınlar. Məktəb problemi demək olar ki, qalmayıb. Neçə məktəbin tam hazır olması barəsində dəqiq məlumatım yoxdur, yalan məlumat vermək istəmirəm, bu barədə rayon təhsil şöbəsindən soruşmaq olar”, – deyə K. Əliyeva əlavə edib.
Nihadə Eyyubova

Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |