Şrift:
Bayram Səfərov: “Jirinovski təkcə azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib”
21.09.2012 [16:02] - Sosial
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Moskvada mitinq zamanı Azərbaycana qarşı terror çağırışları səsləndirməsinə münasibət bildirib.

B.Səfərov V.Jirinovski haqqında danışmağa ehtiyac olmadığını söyləyib.

“Jirinovski təkcə azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib. Onsuz da biz bilirik ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycanla bağlı həmişə təhlükə yaradıblar. Ermənilər bütün dünyada terror törətməklə məşğuldurlar. Onlar bu işi bu gün də davam etdirirlər”, – deyə B. Səfərov qeyd edib.

Onun sözlərinə gör, hər azərbaycanlı belə halların baş verməməsi üçün çox diqqətli olmalıdır: “Əsasən də kütləvi yerlərdə, vağzallarda, aeroportda, ali və orta məktəblərdə bu diqqət daha çox olmalıdır. Hər hansı şübhəli əşya, insan gördükdə, hər bir azərbaycanlının borcudur ki, yaxınlıqdakı hüquq-mühafizə orqanlarına məlumat versin. Çünki Azərbaycanı azərbaycanlılar qorumalıdır”.
Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed