Şrift:
Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub
09.02.2020 [13:56] - Hadisə
Fevralın 9-da Sakit okeanın cənub-qərbində, Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 16:04 dəqiqədə baş verən yeraltı təkanların episentri Yeni Şərqi Britaniya əyalətinin paytaxtı Kokopo şəhərindən 124 kilometr cənubda, ocağı 31 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sakit okean Sunami Mərkəzi sunami xəbərdarlığı yaymayıb.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed