Şrift:
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub
10.02.2020 [08:43] - Mədəniyyət
Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçib. O, proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin – ata İohann Ştraus, Yozef Lanner, Robert Stolz, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərlərinin yer aldığını diqqətə çatdırıb. Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsert zamanı həm skripkada ifa edib, həm də dirijorluq edib. Məşhur əsərlərin yüksək peşəkarlıqla təqdim olunduğu, tamaşaçılarla səmimi ünsiyyət şəraitində keçən konsert maraqla qarşılanıb.
Xatırladaq ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed