10.02.2020 [09:05] - İdman
Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları da qüvvələrini sınayıblar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Yığmamızın heyətində Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda məğlub olan Tural Sarıyev (50 kq) isə ikinci yeri tutub. Digər boksçularımız - Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər. Təmsilçilərimizdən çempion tituluna yiyələnən Zaur Qəhrəmanov daha bir nominasiyada mükafatlandırılıb. Astara boks məktəbinin yetirməsi turnirin ən texnikalı boksçusu seçilib.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |