Şrift:
Baş Prokurorluq Göygöldə seçki məntəqəsində vəkilin qəfil ölümü ilə bağlı məlumat yayıb
10.02.2020 [09:26] - Hüquq
Fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndindəki 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Sübhan Hacıyev xəstəliyi ilə əlaqədar iki dəfə infarkt keçirib və təxminən altı ay əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed