Şrift:
Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları davam etdirilir
10.02.2020 [09:28] - Hüquq
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində “Rəhbər heyət və mütəxəssislərin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanması” proqramı əsasında təlim-tədris işləri üzrə direktor müavinləri kateqoriyası üzrə növbəti mülki müdafiə kursları keçirilib. FHN-dən bildiriblər ki, Mərkəzin xidməti ərazisini əhatə edən rayonların məktəb direktorlarının müavinləri üçün keçirilən kurslar “2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən təşkil edilib.
Kurslarda iştirakçılara əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rol və vəzifələri, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üzrə məşğələlər keçirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bilik və bacarıqların təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılıb. Məşğələlər zamanı mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib. Dinləyicilər xüsusi xilasetmə avadanlığı və onların iş prinsipi ilə yaxından tanış olublar. Kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed