Şrift:
Həssas qrupdan olan gənclərin inteqrasiyası ilə bağlı layihənin icrasına başlanıb
11.02.2020 [10:22] - Gənclik
Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü ilə Gürcüstanda “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin icrasına başlanıb. GTMŞ-dan bildiriblər ki, təlim prosesində 5 ölkədən, o cümlədən Azərbaycandan qatılan 10 gənc həssas qrupdan olan gənclərin inklüzivliyi və bu istiqamətdə qarşılaşdıqları çətinliklər barədə müzakirələr və təcrübə mübadiləsi aparırlar.
Təlim iştirakçıları norveçli psixoloq Erik Eriksonun psixoloji inkişaf nəzəriyyəsi haqqında məlumatlandırılıblar. Onlar, həmçinin bu nəzəriyyənin qrup işində tətbiqi imkanlarını müzakirə ediblər. Günün sonunda iştirakçılar qruplara ayrılaraq, gənclərin inklüzivliyinin artırılması və risk amillərini müzakirə edib, müxtəlif mövzular ətrafında təhlillər aparıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed