11.02.2020 [11:13] - Hərb
Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Təhsil və Hazırlıq İdarəsinin baş direktoru general-mayor Saqib Mehmud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Pakistan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov qonaqlara Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verib. Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |