Şrift:
Savalan Mirzəyevin Bakıda gürcü dilində danışması qınandı
11.02.2020 [12:14] - Borçalı
Azərbaycan mediasında Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyevin Azərbaycan dilinə qarşı böyük hörmətsizlik etdiyi deyilir. Bakıda Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edən Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev seçkilərin müşahidəsi və yekun nəticələr ilə bağlı keçirdiyi brifinqdə Azərbaycana və Azərbaycan dilinə qarşı böyük hörmətsizlik edib.
Öz ana dili Azərbaycan dilində danışmaqdan imtina edən Savalan Mirzəyev çıxışını gürcü dilində edib. S.Mirzəyevin hansı niyyətlə bunu etməsi çox maraqlıdır. Azərbaycanlı olasan, Bakıda – Azərbaycanın qəlbində ana dilində danışmaqdan imtina edəsən? Bu, Azərbaycana, Azərbaycan dilinə, Azərbaycan xalqına qarşı görünməmiş hörmətsizlikdir. Həbs edilmiş eks MTN generalı Akif Çovdarovun qohumu olan S.Mirzəyev daima Azərbaycanın dəstəyini alıb. Bakıda rəsmi və qeyri-rəsmi məclislərdə, görüşlərdə hörmətə və izzətə layıq görülüb. Əvəzini isə öz ana dilinə, Azərbaycana qarşı hörmətsiliklə ödəyib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed