Şrift:
Yeni GAMOH partiyasının başqanı Dr. Lətif Həsəni bəyin İranda məktəblərin açılışı ilə ilgili YUNESKO-ya açıq məktubu.
22.09.2012 [13:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
YUNESKO-nun baş yönətməni
Xanım İrina Bokova


Mehr ayının birinci günü (sentyabırın 22-si) elə bir gündür ki, uşaqlar bəşəriyyətə aydın bir gələcək yaratmaq və cəhalətlə mubarizə etmək üçün oxullara gedirlər. Bu gözəl gün insanların yaddaşında həmişəlik xoş bir xatirə kimi qalır, bir sıra ölkələrdə bugünü bir bayram kimi belə şadlıq edirlər. Ona görə ki hamı bəşəriyyətin gələcəyin sağlam eyitimdə bilirlər.
Ancaq İran'da uşaqların çoxunluğu Mehr ayının birinci (sentyabırın 22-si) günün elə bir oxul’da başlamalı olurlar ki, bu oxullar onlara nifrət eləməyi, düşmənçiliyi öyrədir; bu oxullar uşaqlara öyrədir ki, nədənini belə bilmədən özlərindən utansınlar. Sentyabırın 22-si unutmanın başlanış günüdür.
100 ilə yaxındır İranda ulusal-dil asimilasyonun sürməkdədir. Bu ırqçı yaxlaşımlı politika iranda yaşayan insanların- onların baxışında Ariya-Fars soyundan olmuyanların- bütün varlıqlarını yox etməyə yönəlib. Bu siyasətlə ilgili çeşitli girişimlər o sıradan İran Ariyamehr ordusunun1 1946-cı ildə Güney Azərbaycana saldırdığı zaman geniş soyqırımla yanaşı ana dilində olan dərslik kitabların yandırma, oxullarda ana dilində öz aralarında belə danışan uşaqları cəzalandırmaq, qeyri-fars dilli millətləri təhsil-eyitim sistemində və rəsmi tribunlarda aşağılamaq, qeyri-fars millətlərin ana dillərində olan bədii- kültürəl əsərlərinin yayınlanmasın qarşısın almaq, özəl yaşam biçimi və gələnəklərin ortaya çıxmasının qarşısını almaq və bir sıra hallarda tarixi abidələri aradan aparmaq, uzun illər boyu uyqulanmışdır.
Baş yönətmənin önərdiyi sözləşmənin habelə genəl qurulun altıncı komitəsinin birinci maddəsinə2 dayanaraq, şübhəsiz yuxarıda sayılan uyqulamalar kültürəl soyqırımın ən açıq örnəkləri sayılabilər, habelə ırq-ayrımcılığına qarşı uluslararası anlaşmanın birinci bölümünün3 bəndlərinə görə bunlar ardıcıl irqı ayrı-seçkilik sayılırlar. Baxmayaraq ki bugün açıq irqı ayrı-seçkilik ictimai səhnədən yığışmış, ancaq gizli rasizm - qabaqkılardan artıq deməsəkdə- hələdə sürməkdədir. Baxmayaraq ki çoxdilli eyitim bugün çox ölkələrdə, gəlişməmiş ölkələrdə belə çözülmüşdür, baxmayaraq ki YUNESKO-nun da hədəflərində4 vurqulandığı kimi, eyitimdə ana hədəf millətlər arasında eyitim, elm və kültür açısından əməkdaşlığını yaymaqla barış və güvənliyin bərpasında qatqıda bulunmaqdır və hamının ədalətə, qanun hakimiyyətinə, bəşər haqları və hamı üçün aralarında ırqi, cinsi, dil və din fərqlərinə baxmayaraq birləşmiş millətlər təşkilatının tüzüyünə görə təməl azadlıqların olmasına sayqıda bulunmasını artırmaqdır, İran dövləti burada yaşayan qeyri farsdilli millətləri öz ana dillərində təhsil almağa imkan vermir, üstəlik iranın 70 fayızdan artıq cəmiyyətinin əcdadının5 kültür və dinin dərslik kitablarında təhqir etməkdən əl çəkmir, beləliklə də ən ağır asimilasiyon və ırqı ayrıseçkilik sistemlərin birini oluşturub.
Beləcə aşağılamaların radyo və televizyon kimi rəsmi qurumlardan, dövlət və dövlət-dışı qəzetələrdən yapılması, daha önəmlisi uşaqların öyrətim alanında ana dildə təhsil almağın qarşısın almaq6 bir yandan, başqa yandan isə ana dildə təhsil almaq uğrunda çalışanlarıa geniş çapda uyqulanan tutuqlamalar və basqılar və nəhayətdə bu dillərin öz bölgə alanlarında rəsmi və idari qullanımına qoyulan qadağalar,dil haqları dünyalıq bildirgəsinin rəsmi qurumlar və dövlət idarələrinin bölümündə7 geniş açıqlandığı kimi, əl ələ vermiş və onların baxışınca qeyri Ariya tarixi –kültürəl varlıqların aradan getməsinə gətirib çıxaran siyasəti bütünlətməkdədir. Belə bir siyasət, öyrətim alanında ırqı, kültürəl, cinsi və...bərabərsizliyi qurumsallaşdırmış, irandakı millətlərin arasındakı ilişkini tək dillilik səviyyəsinə düşürmüş, qardaşlıq ruhunu aradan aparmış, irandakı qeyri-fars millətlər arasında toplusal özgüvənci sarsmış, iç sömürgəçilik ilişkisinə uzun illər boyu yataq sağlamışdır.
Bəllidir ki belə bir eyitim sistemi, barış və dostluğun möhkəmlənməsi və gəlişməsinə təməl əsas maneədir.
Yeni-GAMOH başqanı olaraq, sizdən YUNESKO-nun yönətməni kimi istəyirəm, İran dövlətinə bu gərəkli tələbləri irəli sürəsiz:
1- öyrətim-eyitim alanında ırqı, cinsi, kültürəl və... ayrıseçkiliyi qaldırmaq üçün reformlar edib, öz uluslararası öhdəliklərinə görə qeyri fars millətlərin ana dillərində təhsil almasına lazimi girişimlərdə bulunsun.
2- Kültür və dil uğrunda tutuqlanan dustaqlar buraxılsın və ana dildə öyrətim almaq uğrunda çalışan insanlara yapılan basqı və təqiblər dayandırılsın.
3- İrandakı qeyri fars millətlərin kültür və dilləri rəsmiyyətə tanınsın və onların dil və kültürlərinin öz bölgələrində rəsmiləşməsi üçün girişimlər yapılsın.
Habelə, YUNESKO təşkilatından istəyirəm:
Barışyönlü eyitimə çatmaq üçün, Mehr ayının birinci günü (sentyabırın 22-si) bərabərlik və dostluq yolunun mubarizlərinin8 xatirəsinə , dünyalıq “ırqçılıqdan uzaq eyitim” günü adlandırılsın.
Sevgi və yaşam elçiləri olan uşaqlarımızın, gələcəkdə Mehr ayının birinci günündə oxulların bəşəriyyətin ortaq ülküsünü qaranti edən ana qucağına sığınması ümüdü ilə!

Lətif Həsəni
Yeni GAMOH partiyasının başqanı
Bu xəbər oxucular tərəfindən 1863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed