12.02.2020 [09:23] - Hadisə
Fevralın 8-də gecə saatlarında Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, paytaxt sakini, 1960-cı il təvəllüdlü B.Əliyevi kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |