Şrift:
"Sonsuz dəhliz" filmi İsveç İTV-də yayımlanacaq
12.02.2020 [11:06] - Diaspor
Fevralın 26-da İsveçin Açıq İctimai TV-də Xocalı soyqırımına həsr olunmuş "Sonsuz Dəhliz" sənədli filmi göstəriləcək. "Azerbajdzjansk TV"nin saat 21:30-da isveçli tamaşaçılara təqdim edəcəyi filmin prodüsserləri litvalı rejissor Aleksandras Brokas və "Grammy Award" mükafatçısı Cerald Rafşundur. Filmin süjeti real hadisələr, cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözləri ilə görmüş insanların xatirələri əsasında qurulub.
Subtitrləri müxtəlif dillərə tərcümə edilən film İstanbul, Ankara, Roma, Vilnüs, Paris, Dublin, Berlin, Bern şəhərlərində də təqdim olunub. Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi filmin göstərilmə haqqını "Azerbajdzjansk TV"yə verdiyi üçün rejissor Aleksandras Brokasa minnətdarlığını bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed