13.02.2020 [10:49] - Siyasət, Bildiriş
Daşkənddə jurnalistika üzrə 10 cildlik dərsliyin təqdimat mərasimi keçirilib.
Dərslik Özbəkistan Prezidenti Administrasiyasının təşəbbüsü, İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin (İKKA) dəstəyi ilə hazırlanıb. Dərslik bu sahədə tanınan nəzəriyyəçilərin və jurnalist hüquqlarının müdafiəsi üzrə mütəxəssislərin yaxından köməyi ilə yazılıb.
“Jurnalistikanın nəzəriyyəsi, tarixi və inkişafı”, “Jurnalist hüququ və etikası”, “Media-linqvistika və redaktorluq”, “Mediamarketinq və menecment”, “Çap KİV-də janrlar və peşəkarlıq məsələləri”, “Audiovizual jurnalistika”, “Onlayn - jurnalistika və mediada yeni trendlər”, “Müasir media aləmində PR-xidmətlər”, “İxtisaslaşmış jurnalistika”, “Jurnalistikanın sosiologiyası və psixologiyası” adlı cildlərin hər biri 1000 nüsxədə buraxılıb.
İKKA direktorunun müavini Dilşod Saidjanov AZƏRTAC-ın müxbirinə bildirib ki, dərsliyin hazırlanmasına 5 ay əvvəl başlanılıb. Dərsliyin hazırlanmasında Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin, bir sıra universitetlərin jurnalistika fakültələrinin müəllimləri də iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |