Şrift:
Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
26.10.2011 [11:37] - Gündəm
Ölkəmiz bu missiyanı bir ay müddətində yerinə yetirəcək

İki il müddətində Azərbaycan növbə ilə BMT Təhlükəsizlik Şurasının 1 ay müddətinə sədri funksiyalarını yerinə yetirəcək. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Təhlükəsizlik Şurasında 2 illik fəaliyyət üçün hazırlıq işləri aparılır və Şuranın gündəliyinə uyğun olaraq müəyyən tədbirlər planlaşdırılır.

Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn 2 il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr irəli sürməyə hazırlaşır.
Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed