14.02.2020 [11:08] - Xəbərlər, Mədəniyyət
Tanınmış şair-publisist Elçin İsmayılın Xalq yazıçısı İsmayıl Şıxlı haqqında yazdığı “Dəli Kür ömrü” kitabı çapdan çıxıb.
Kitabda ədib haqqında müxtəlif illərdə müxtəlif müəlliflər tərəfindən yazılmış xatirə yazıları və elmi məqalələr toplanılıb.
Yeni nəşr Prezident İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq çap edilib. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunmuş kitabda Xalq yazıçısının keçdiyi mənalı və zəngin yaradıcılıq yolu müxtəlif ölkələrdə yaşamış və yaşayan dövlət və elm xadimlərinin, şair, yazıçı və ayrı-ayrı incəsənət xadimlərinin yazdıqları xatirələr əsasında ərsəyə gəlib.
“Dəli Kür ömrü” kitabı Azərbaycan oxucularına Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bu, əsl faciə idi”, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün Qazax salnaməsi”, Səməd Vurğunun xatirələri toplanmış “Deyilən söz yadigardır”, müxtəlif illərdə yazdığı şeirlərin toplandığı “Dünya məni qəbul elə”, ”Daha payızdandı” adlı publisist və şeir kitablarının müəllifi kimi tanınan şair-publisist Elçin İsmayılın kitabsevərlərlə doqquzuncu görüşüdür.
Kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |