Şrift:
Özbəkistanda Kuşan səltənətinə aid taxıl anbarı tapılıb
15.02.2020 [10:30] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistanın Surxandərya vilayətində Kuşan səltənətinə aid (bizim eranın 105-250-ci illəri) taxıl anbarı tapılıb.

Vilayətin Termez rayonundakı “Zumala” abidəsinin yaxınlığında yerli fermer təsərrüfat işləri ilə məşğul olarkən bu anbara rast gəlib və Termez arxeologiya muzeyinə məlumat verib.

Muzeyin əməkdaşları qazıntı işləri nəticəsində ərazidə taxıl saxlamaq üçün 221 saxsı konteyner aşkar ediblər.
Alimlərin fikrincə, anbarın sahəsi daha böyük olub. Hazırda qazıntı işləri davam edir. Vaxtilə bu ərazidə arxeoloqlar Makedoniyalı İsgəndərin itmiş şəhəri sayılan əfsanəvi Aleksandriyanın da qalıqlarına rast gəliblər.

Xatırladırıq ki, keçən il Daşkənddə “Kuşan xəzinəsi” adlı sərgi keçirilib və burada Kuşan səltənətinə aid qiymətli əşyalar nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed