Şrift:
Bakı polisi: Paytaxtda 47 cinayətin üstü açılıb
15.02.2020 [11:01] - Xəbərlər, Hüquq
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 47 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 20-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə, ümumilikdə, 36 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed