Şrift:
Voronejdə azərbaycanlı veteranın yaşadığı evdə xatirə lövhəsi quraşdırılacaq
16.02.2020 [09:13] - Diaspor
Rusiyanın Voronej şəhərində Böyük Vətən müharibəsi veteranı, əslən azərbaycanlı Məmməd Cəbrayılovun yaşadığı evdə xatirə lövhəsi quraşdırılacaq. Voronej meriyasının mətbuat xidmətinin məlumatına görə, şəhərin Mədəni İrs Komissiyası yaxın vaxtlarda bu məsələni müzakirə edəcək.
Böyük Vətən müharibəsi veteranı Məmməd Cəbrayılov Voronejin müdafiə dəstələrinin tərkibində vuruşub, 1941-ci ildə Moskvada, Qızıl Meydanda hərbi paradın iştirakçısı olub. Məmməd Cəbrayılov 2019-cu ildə 102 yaşında vəfat edib.
Voronejin Azərbaycan diasporu xatirə lövhəsinin hazırlanmasına yardım göstərəcəyini bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed