Şrift:
Marneulidə dəyəri 120 000 laridən artıq "Gənclik Proqramı"nın təqdimatı keçirilib
16.02.2020 [09:42] - Borçalı
Marneuli Munisipalitetinin meri Zaur Darğallı, 2020-ci il üçün nəzərdə tutulmuş "Gənclər Proqramı"nı ictimai şəkildə təqdim edib. Mer, təqdimat çərçivəsində, Munisipalitet tərəfindən gənclər istiqamətində görülən işlər və yerli büdcədə nəzərdə tutulmuş gənclər proqramları haqqında ictimaiyyətə geniş məlumat verib. Görüşdə yerli gənclər və maraqlanan təşkilat nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, proqramın əsas prioriteti Gənclər Şurasının yaradılmasıdır. Sözü gedən şura, gənclərin səmərəli iştirakı və özünüidarəetmə ilə gənclər arasında qurulan dialoqun təşviqi üçün bir mexanizm olacaq. Yeni proqram çərçivəsində Munisipalitet, yaxın gələcəkdə 60 000 lari dəyərində olan "Gənclər İdeyaları Müsabiqəsi"ni də elan edəcək.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed