16.02.2020 [09:54] - Borçalı
Borçalı (Kvemo Kartli) bölgəsinin Tsalka bələdiyyəsinin Gümbət kəndində yeni süd emalı müəssisəsi açılıb. İstehsal müəssisəsinin yaradılmasına 500 min lari həcmində investisiya yatırılıb ki, bunun da 170 min larisi kredit hesabına təmin olunub. Zavodda gün ərzində orta hesabla 7-8 ton süd emal olunacaq və üç növ pendir – zavod, sulquni və imeruli pendirləri istehsal olunacaq. Müəssisədə 24 yerli sakin işlə təmin olunub. Borçalı (Kvemo Kartli) bölgəsinin qubernatoru Şota Rexviaşvili, Kəndlərin İnkişafı Agentliyinin direktoru İlya Tamaraşvili və Tsalka meri zavoda baş çəkərək fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, 2013-cü ildən etibarən dövlətin dəstəyi ilə Borçalı (Kvemo Kartli) bölgəsində 23 yeni müəssisə yaradılıb.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Qeyd edək ki, 2013-cü ildən etibarən dövlətin dəstəyi ilə Borçalı (Kvemo Kartli) bölgəsində 23 yeni müəssisə yaradılıb.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |