24.09.2012 [11:51] - Sosial
Millət vəkili, vaxtilə Milli Ordunun zabiti Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə İctimai Şuranın üzvü olmuş Azay Quliyev hərbçimizlə bağlı son günlər açılan bəzi yersiz müzakirələrdən təəssüfləndiyini bildirib.
Deputat deyib ki, Ramil Səfərovun həbs olunduğu gündən indiyə kimi onun hüquqlarını müdafiə edən şəxslərdən biri olaraq deyil, adi bir vətəndaş kimi zabitimizlə bağlı müzakirələrin birdəfəlik qapadılmasını istəyir. Azay Quliyevin sözlərinə görə, “kim Ramilin azad olunması üçün nə qədər iş görüb?” kimi müzakirələr açılmamalıdır:
”Son günlər Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələr məni çox ciddi narahat edir və üzür. Görün biz nəyi müzakirə edirik? Kim Ramilin azad olunması üçün nə qədər iş görüb? Kim Ramilin ailəsinə nə qədər yardım edib? Kim onunla neçə dəfə görüşüb? Kim nə bilim nə edib?
Əksər beynəlxalq təşkilatların və aparıcı dövlətlərin Ramilin azad olunması faktından sui-istifadə edərək üstümüzə gəldiyi bir vaxtda görün biz nəyin davasını aparırıq? Ermənistan özünün dövlət qurumları, diasporu və ASALA terror təşkilatı ilə bizi təhdid edən zaman görün biz nəyin peşindəyik? Açığı bu mənzərənin şahidi olmaq bir azərbaycanlı kimi məni çox üzdü. Ermənilərin Azərbaycan əleyhinə başladığı informasiya və şantaj müharibəsinin yeni bir mərhələyə keçdiyi vaxtda məncə bu kimi qovğalar əbəsdir. Daxilimizdəki enerjini bu cür mənasız müzakirələrə nə qədər çox sərf ediriksə, bir toplum olaraq Qarabağı özümüzdən o qədər də çox uzaqlaşdırırıq.
Ona görə də mən hamıdan rica edirəm ki, Ramil Səfərov məsələsini birdəfəlik bağlayın və bu mövzunu bir daha istismar etməyin. Prezidentimizin iradəsi və cəsarəti sayəsində haqq və və ədalət bərpa olundu və zabitimiz vətənə döndü. Hamımız istəyimizə nail olduq. Bu məsələ artıq tarixə çevrildi.
Kimin bu işdə nə haqqı varsa, qoy Ramilə onu halal etsin”.

Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |