Şrift:
Xəzər rayonunda doqquz evdən oğurluq edilib
17.02.2020 [10:11] - Hadisə
Paytaxtın Xəzər və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda doqquz evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Binəqədi rayonu ərazisində dönərxanaların birindən 800 manat və dönər aparatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Faktlarla bağlı araşdırmalar aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed