24.09.2012 [13:08] - Sosial
2010/2011-ci illərdə Təhsil Nazirliyinin sistemində olan dövlət ali təhsil müəssisələrini 22 min 173 nəfər bitirib.
Təhsil Nazirliyindən verilən məlumata görə, bunun 10 min 222 nəfəri dövlət, 11 min 951 nəfəri ödənişli əsaslarla oxuyub.
Özəl ali təhsil müəssisələrdən isə həmin tədris ili 4 min 723 tələbə məzun olub.
Lakin bu diplom sahiblərinin neçə faizinin işlə təmin olunması haqqında statistika nə Təhsil Nazirliyində, nə də Statistika Komitəsində var.
Hər iki dövlət qurumundan saytımıza bildirdilər ki, ali təhsil müəssisələrini bitirdikdən sonra tələblərin işlədikləri istiqamət üzrə təyinat olmadığı üçün onların neçəsinin işlə təmin olunması məlum deyil.
Lakin bu gün ali təhsil müəssisələrini bitirən yüz minlərlə tələbənin əksəriyyətinin oxuduğu istiqamət üzrə işləmədiyi hamıya məlumdur. Onların bir çoxu başqa istiqamətdə fəaliyyət göstərirlər. O zaman gənclərimiz öz vaxtlarını niyə boşuna keçirirlər. Eyni zamanda müvafiq dövlət qurumları diplomlu işsizlər ordusunun yetişməsi ilə bağlı nədən hər hansı addım atmır. Təbii ki, burada iddia oluna bilər ki, hər kəsin təhsil almaq hüququ var və kimsə bunun qarşısını ala bilməz.
Məsələ ondadır ki, bir çox halda gənc ali təhsilə məhz diplom almaq üçün baxır. Bu isə çox yanlışdır. O diplomdan yararlanmayacaq şəxs vaxtını, pulunu nəyə sərf etdiyinin fərqində olmalıdır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli açıqlamaısnda bildirib ki, planlı dövlət, planlı iqtisadiyyat olanda tələbənin də qəbulu planlaşdırılırdı: “Neçə nəfər hara getsin və s. Amma indi bazar iqtisadiyyatıdır. Ali təhsil müəssisələri tələbə istehsal edir. Məsələn, hansısa şirkət isə ayaqqabı düzəldir. Nə qədər satılırsa o qədər istehsal olunur və ya satılır, amma yaxşısını alırlar. Kadr da belədir. Yaxşı tələbənin bazarda yiyəsi var, onu alırlar, pis isə qalır. Buna görə institutu qınamaq lazım deyil. Tələbəni qınamaq lazımdır ki, yaxşı oxusun və seçilsin”.
H.Rəcəbli bu gün tələblərin rahat iş dalınca düşdüklərini də vurğulayıb: “Hamı, eləcə də mən yaxşı işçi axtarıram. Amma yaxşı işçi yoxdur. Tələbələr rahat iş istəyirlər. Savadları isə yetərli deyil. Bazar iqtisadiyyatı dövrüdür, mütəxəssisin bazarda yeri olsa alacaqlar, olmasa almayacaqlar”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Asəf Hacıyevin sözlərinə görə isə tələbə tələb etməməlidir ki, filan məktəbi oxuyub və işlə mütləq təmin olunmalıdır: “Bu SSR dönəmindən miras qalmışdı, onunla birlikdə də dağılıb getdi”.
A.Hacıyev qeyd edib ki, birinci növbədə tələbələr öz qabiliyyətlərini göstərməlidirlər.
“Hər bir qabiliyyətli tələbə öz ixtisası üzrə iş tapır. Bu, bütün dünyada, o cümlədən Azərbaycanda belədir. İşsiz qalanlar ya ümumiyyətlə o qədər uğurlu olmayıblar, ya da çox güman ki, ixtisaslarını düzgün seçməyiblər. Yəni burada bu problemi bir sualla demək olmaz ki, “filan şey olsaydı, bunlar hamısı işlə təmin oluna bilərdi”. Bu çox parametrli məsləsidr”.
A.Hacıyev hesab edir ki, burada bir çox səbəblər var və Təhsil Nazirliyi, eyni zamanda müxtəlif qurumlar tərəfindən məsələ araşdırılmalı, ali məktəbələrə qəbul planı dəqiqləşdirilməlidir. “Müəssisələrlə ali məktəblər arasında müəyyən münasibətlər qurulmalıdır ki, artıq məqsədyönlü olaraq mütəxəssis hazırlansın. Bu, bütün dünyada qəbul olunmuş məsələdir və Azərbaycanda da bu proseslər gedir. 20 yaşında olan dövlətdən hər şeyi gözləmək də düzgün deyil. çox problemlərimiz var, buna baxmayaraq inkişaf edirik. İnkişaf ediriksə, iqtisadiyyat da yüksəlir, bu da yeni iş yerlərinin açılması deməkdir. Cənab Prezidentin siyasəti nəticəsində son illər bir milyondan çox iş yeri açılıb. Təbii ki, bu tam problemin həlli deyil, amma qısa zamanda bir milyon iş yerinin açılması da böyük uğurdur” deyə deputat vurğulayıb.
Aytən ƏLİYEVA

Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |