Şrift:
Qardabanidə beş uşaqlı Hüseynovlar ailəsi yaşadığı evdən çıxarıldı
18.02.2020 [08:27] - Borçalı
Qardabani rayonunun Qaratəhlə kəndində Hüseynovlar ailəsi evsiz qalıb. Yaşlı nənə-baba və beş azyaşlı uşaq problemin həlli ilə bağlı Qardabani bələdiyyəsinə müraciət ediblər. Hüseynovlar ailəsi bu yaxınlarda ipoteka borcunun ödənilməməsinə görə yaşadığı evdən çıxarılıb. Azyaşlıların atası yataq xəstəsidir, ana isə ailəsini tərk edib.
Qardabani rayonunun sakrebulo sədrinin müavini Rəfi Orucov Hüseynovlar ailəsinin probleminin diqqətə götürüldüyünü bildirib. Onun sözlərinə görə, rayon rəhbərliyi ailənin probleminin həll edilməsinə dəstək üçün lazımı addımlar atacaq. Hüseynovlar ailəsi hələlik müvəqqəti yaşayış yeri ilə təmin olunub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed