25.09.2012 [10:58] - Güney Azərbaycan xəbərləri
İran parlamentinin millət vəkilləri Şərqi Azərbaycanın zəlzələ bölgəsində yenidənqurma işlərinin təcili planını rədd etdilər.
Millət vəkilləri dünən sözü gedən planı müzakirə ediblər. Lakin, iclasda iştirak edən 237 millət vəkilindən 99-ü lehinə, 74 əleyhinə və 26-ı bitərəf səs veriblər və bununlada iki təcili plan rədd edilib.
Həmçinin başqa bir səsvermədə, iclasda iştirak edən 237 millət vəkilindən 110 lehinə, 55 əleyhinə və 27 bitərəf səslə sözü gedən layihənin 1 təcili planı da onaylanmayıb .
Qeyd edək ki, bir təcili plan, parlamentdə adi şəkildə müzakirəyə çıxarmağa dəlalət edir.
Qeyd edək ki, demək olar ki, heç vaxt Azərbaycanla əlaqədar hadisələr, o cümlədən təbii fəlakət kimi faciələrlə bağlı layihələr, heç vaxt İran parlamentində təcili müzakirəyə çıxarılmır. Keçən il oxşar vəziyyət Urmu Gölü ilə bağlı yaşandı. Parlament, qurumaqda olan Urmu Gölü ilə bağlı iki təcili planı rədd etdi və bu günə qədər də Urmu Gölü ilə bağlı heç bir ciddi müzakirə aparılmayıb və hərhansı bir tədbir görülməyib.
Xatırladaq ki, keçən il Urmu Gölü ilə bağlı rədd edilən iki təcili plan Azərbaycanın əksər şəhərlərində izdihamlı kütləvi etirazlarla qarşılandı.

Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |