18.02.2020 [09:09] - Diaspor
Azərbaycanın Moldovadakı Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Kişineunun “Marriott” hotelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədi” şüarı altında bu ölkədə yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib. Konfrans zalının foyesində “Güc birlikdədi” şüarı ilə böyük banner quraşdırılıb, iştirakçılar üçün ölkəmizin inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Forum Moldovanın bütün bölgələrində yaşayan gənclərimizi bir araya gətirmək, onların yeni təklifləri ətrafında fikir mübadiləsi aparmaq, gənclərin problemləri ilə yaxından tanış olmaq, bununla yanaşı istedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yer tutmaları üçün dəstək vermək məqsədilə təşkil olunub. Forumda Moldovanın Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Ruslan Quliyev, səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri, ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidov çıxış edərək iştirakçılara forumun məqsədindən danışıb. Moldovanın Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu çıxışında ilk dəfə forumun təşkil edilməsi münasibətilə gənc soydaşlarımızı təbrik edib, “Güc Birlikdədi” şüarının artıq bütün forumun məqsədini açıq göstərdiyini və belə bir forumun təqdirəlayiq olduğunu qeyd edib. O gənclərimizi nazirlik ilə çalışmağa çağırıb, öz tərəflərindən müvafiq dəstək verəcəklərini söyləyib. Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa çıxışında çoxsaylı gənclərimizin ilk dəfə bir araya toplanmasının onda qürur hissi yaratdığını, belə bir forumun ilk dəfə təşkil edilməsi üçün səfirliyə dərin təşəkkürünü bildirib. N.Reditse agentliyin qapılarının gənclərimizə daim açıq olduğunu bildirərək onları fəaliyyətlərində agentliyin resuslarından istifadə etməyə çağırıb. Həmçinin o, Azərbaycan Prezidentinin və Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımıza göstərilən qayğı və diqqətinin Moldova üçün gözəl nümunə olduğunu vurğulayıb.
Daha sonra forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdiri Ruslan Quliyev komitənin sədri Fuad Muradovun tədbir iştirakçılarına xoş sözlərini çatdırıb. O, komitənin həyata keçirdiyi layihələr barədə söz açaraq, gənc soydaşlarımıza təmsil etdiyi qurumun nəzdində Diasporaya Dəstək Fondunun fəaliyyəti barədə məlumat verib. R.Quliyev gənclərin maraqlı layihələrini fond tərəfindən maliyyələşdirilməsi üçün fəal olmağa çağırıb. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxışında ulu öndər Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, bu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirildiyini bildirib. Səfir Prezident İlham Əliyevin Moldova Prezidenti ilə dəfələrlə görüşlərində soydaşlarımızın məsələlərini gündəmdə saxladığını xüsusi vurğulayıb. Q.Osmanov gənclərimizi yerləşdiyi ölkənin dilini və mədəniyyətini öyrənməklə yanaşı, öz ana dilini, köklərini unutmamağı, milli ruhun qorunmasına çağırıb. O, gənc soydaşlarımızı bir arada topladıqları üçün məmnun olduğunu, çoxsaylı gənclərimizin iradəli, savadlı və bacarıqlı olmalarından fəxr etdiyini bildirib. Səfir vurğulayıb ki, gənclərin Moldovanın ictimai-siyasi həyatında aktiv olmaqlarına ehtiyac var.
Moldova Azərbaycanlılar Konqresinin gənc üzvü Zamir Qubadov fevralın 1-2-də komitə tərəfindən Vyanada təşkil edilmiş Azərbaycanlı Gənclər Forumunda iştirak və təəssüratları tədbir iştirakçıları ilə bölüşüb. Digər bir gənc, Moldova Azərbaycanlılar Konqresi Şurasının üzvü Ruslan İsmayılov Moldova Azərbaycanlılar Konqresinin daha da güclü və bir yumruq kimi birləşməsi üçün, gənclərimizin gələcəkdə Moldovanın bütün strukturlarında təmsil olunması məqsədilə icmada güclü və müdrik liderin olmasının vacibliyini vurğulayaraq, konqresdə liderliyi Forumun qərarı olaraq Moldovada tanınmış və nüfuzlu soydaşımız, hər zaman icmaya dəstək olan Firuz İsayevə həvalə etməyi irəli sürüb. Forum iştirakçıları bu təklifi dəstəkləyərək, Moldova Azərbaycan Konqresinə rəhbərliyi Firuz İsayevə həvalə etmək qərarına gəliblər.
Forumda gənclər çıxışları zamanı qeyd ediblər ki, Moldovanın ictimai-siyasi həyatında aktiv iştirak etməyə ehtiyac var. Gənclər diasporun 15 illik passiv fəaliyyətində təmsil olunmayıb. Moldovada ermənilər və digər azlıqlar siyasətdə, parlament və bələdiyyələrdə təmsil olunduqları halda, azərbaycanlı gənclər orada yoxdur. Bu baxımdan gənclərə lider və səfirliyin dəstəyi qaçılmazdır. Sonda gənclərin yeni ideyaları, fikir və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.
DAVAM.AZ
“Kişnyev Bürosu” (Moldova)

Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |