Şrift:
Fransada yaşayan azərbaycanlı gənc Dünya çempionatına vəsiqə qazanıb
18.02.2020 [09:12] - Diaspor
Fransanın Paris şəhərində cüdo idman növü üzrə yarış keçirilib. Çoxsaylı idmançıların iştirak etdiyi yarışda həmyerlimiz Asiman Adəm oğlu Abbasov birinci yerə yüksələrək Dubayda keçirələcək Dünya cempionatına vəsiqə qazanıb.
2001-ci ildə Azərbaycanda doğulmuş Asiman Abbasov 2004-cü ildən Fransanın Nant şəhərində yaşayır. 15 ildən artıq bu ölkədə yaşamasına baxmayaraq soydaşımız bütün yarışlarında Azərbaycan bayrağını dalğalandırır. Nant Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Zaur Rzayev bildirib ki, cəmiyyət adından daimi Asiman Abbasova mümkün dəstək göstərilir.
Qeyd edək ki, Asiman Abbasov 2019-cu ildə Nant şəhərində Texnologiya Kollecini bitirib. “İMS” Universitetinin (İnstitut des Metiets de İenseignement Superieur) “Biznesmen-menecment” ixtisasi üzrə 1-ci kurs tələbəsidir. Güləş üzrə departament, Atlantik regionu və Fransa çempionluğunu qazanmışdir. Hal-hazırda cüdo idman növü ilə məşğuldur. Cüdo üzrə departament çempionu, Fransa regional cempionu, Lissabon şəhərində Avropa 4-cüsü və 2-ci dəfə Fransa cempionu olub.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed