Şrift:
Stolüstü tennisçilərimiz beynəlxalq yarışın çempionu oldular
19.02.2020 [09:04] - İdman
Latviyanın Riqa şəhərində “Riqa Gənclər kuboku” yarışı keçirilib. 17 avropa ölkəsindən 350 idmançının qatıldığı Kubokda Azərbaycanı 3 yaş kateqoriyasında altı idmançımız təmsil edib. 2008-ci il və daha kiçik təvvəllüdlü idmançıların mübarizəsində oğlarların yarışında həmyerlimiz Adil Əhmədzadə 1-ci yer tutaraq çempion adına layiq görülüb. Qızların yarışında isə Mərziyyə Nürmətova ölkəmizi iki yaş qrupunda təmsil edərək 2008-ci il və daha kiçik təvvəllüdlü yaş qrupunda rəqiblərini məğlub edərək qızıl medala, 2005-2007-ci il təvəllüdlü qrupda isə bürünc medala layiq görüldü. Həmin yaş qrupunda oğlanların yarışında daha bir təmsilçimiz Hüseyn Eylazov müsbət nəticə göstərərək bürünc medala layiq görüldü.
Qeyd edək ki, tennisçilərimiz 03-08 fevral 2020-ci il tarixlərində Çexiyanın Ostrava şəhərində Avropa Stolüstü Tennis Birliyinin “EVROTALANT” proqramı çərçivəsində baş tutan beynəlxalq təlim-məşq toplanışında iştirak etmişdilər. Məhz bu cür tədbirlərdə idmançıların qazandığı biliklər və təcrübə mübadiləsi müxtəlif yarışlarda uğurlu iştirak etmək üçün böyük təkan verir.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed