Şrift:
UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı məğlub edib
20.02.2020 [09:33] - İdman
Fevralın 19-da futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib. Mərhələnin ikinci oyun günündə iki qarşılaşma baş tutub. İtaliyanın “Atalanta” klubu doğma azarkeşlər önündə İspaniyanın “Valensiya” komandasını qəbul edib. Görüş italyanların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda İngiltərənin “Tottenhem” komandasını öz meydanında Almaniyanın “Leyptsiq” klubu minimal hesabla məğlub edib (1:0). Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed