Şrift:
Quzey Kıbrıs Universitetindən Azərbaycana böyük jest
25.09.2012 [12:21] - Gündəm, Türk dünyası-Turan
Bülənd Çətinqaya: “Azərbaycan vətəndaşlarına təhsil üçün 50 faiz endirim təklif edirik”

2012-2013-cü tədris ilindən Şimali Kipr (Quzey Kıprıs) Türk Cümhuriyyətində daha bir ali məktəb – Ağdəniz Karpaz Universiteti (AKUN)işə başlayıb. Bakıda səfərdə olan universitetin İdarə heyətinin sədri Bülənd Çətinqaya suallarımıza cavab verib.

- Bülənd bəy, AKUN hansı fakültələrlə tədrisə başlayır?

- 4 fakultə ilə - Hüquq, İqtisadiyyatın idarəedilməsi, Hava nəqliyyatı, bir də Turizm və Otelçilik fakültələri ilə tədrisə başlamışıq. İqtisadiyyatın idarəedilməsi və Turizm və Otelçilik fakültələrində türk dili ilə yanaşı, ingilis dilində də tədris aparılır. Universitetin tərkibində İqtisadiyyatın idarəedilməsi, Xarici ticarət, Mülki aviasiya xidmətləri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayacaq məktəb fəaliyyət göstərir. Bundan başqa, universitetin tərkibində Sosial Elmlər İnstitutu da açılıb. Burada da bir neçə ixtisas üzrə həm türk, həm də ingilis dilində təhsil almaq mümkündür.

- Universitetdə kimlər dərs deyəcək?

- Biz bu məsələyə xüsusi həssaslıqla yanaşmışıq. Çünki yüksək hazırlıqlı mütəxəssisləri yalnız böyük təcrübəsi olan alimlər hazırlaya bilər. Professor-müəllim heyətimizin böyük hissəsi Kıprıs və Türkiyə, Britaniya ali məktəblərində uzun illər pedoqoji təcrübəsi olan alimlərdən formalaşıb. Onların sırasında xaricdə doğulan və ingilis dilini ana dili kimi bilən müəllimlər də var.

- Tələbələrin praktik təcrübələrinin artırılması üçün nələri planlaşdırırsınız?

Ağdəniz Karpaz Universitetinə Azərbaycan
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının
testlərindən keçmədən də qəbul mümkündür
- Bilirsiniz ki, dünyada özəl sektor bütünlüklə rəqabət üzərində qurulub. Ona görə də AKU-nu qısa zamanda aparıcı universitetlərin sırasına çıxarmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Tədrisi yüksək səviyyədə qurmaq üçün praktik bilgilərin əldə edilməsinə xüsusi diqqət ayıracağıq. Məsələn, Kıprısdakı hüquq büroları ilə əlaqə qurmuşuq – hüquq fakültələrimizin tələbələri aşağı kurslardan hüquq bürolarında, eyni zamanda məhkəmələrdə təcrübə keçəcək. Turizm və Otelçilik, İqtisadiyyatın idarəedilməsi fakültəsi də o sıradandır. Kıprıs turistik bölgə olduğu üçün bu sahədə geniş praktika imkanlarımız var. Universitetimizdə praktika tədrislə paralel aparılacaq. Artıq dünyanın bir sıra aparıcı ali məktəbləri bu metoddan istifadə edir.

- Təhsil haqqı və tələbələr üçün yaradılan şərait barədə də qısa məlumat vermənizi istərdik.

“Azərbaycan vətəndaşları üçün özəl təklif kimi
bu məbləği 50 faiz azaltmışıq. Azərbaycan vətəndaşlarının ildə 3000 dollar ödəməklə,
keyfiyyətli təhsil almaq imkanı var”
- Universitetdə illik təhsil haqqı 6000-7000 dollar arasındadır. Azərbaycan vətəndaşları üçün özəl təklif kimi bu məbləği 50 faiz azaltmışıq. Azərbaycan vətəndaşlarının ildə 3000 dollar ödəməklə, keyfiyyətli təhsil almaq imkanı var. Bundan başqa, vəsaiti birdəfəlik köçürənlər üçün daha 10 faiz endirim edilir. Ailələr maddi durumlarına bağlı olaraq təhsil haqqını il ərzində də ödəyə bilərlər. Tələbələrə təqaüdlər də verməyi planlaşdırırıq. AKUN-a Azərbaycan Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının testlərindən keçmədən də qəbul mümkündür. Universitetimiz Lefkoşanın mərkəzi hissəsində, 8 mərtəbəli yeni tikilidə yerləşir. Tələbələrimizin yaşaması üçün mənzillər kirayələnib. 3 otaqlı evlərdə 3 nəfərin qalması 1 nəfər üçün aylıq 160 dollardır. Universitet binasında tələbələrin qidalanması üçün 2 yeməkxana fəaliyyət göstərir. Bundan başqa, universitetdə tələbələrin il boyu müxtəlif mədəni-sosial fəaliyyətlərə qoşulmaq imkanları var. Tələbə klublarının təşkil etdiyi çeşidli müsabiqələr, seminarlar, eləcə də mədəni kütləvi tədbirlər – idman yarışları, konsertlər, teatr, konofilm tamaşaları gənclərin informasiya bazasının artırılmasına, eləcə də tələbə həyatını daha dolğun yaşamasına imkan yaradacaq.

- Daha hansı ölkələrin vətəndaşlarına endirim təklifləriniz var?

- Türklərin yaşadığı coğrafiya bizim üçün çox önəmlidir – Azərbaycan, Qazaxıstan, Türkmənistan vətəndaşlarına, İranın türk kəsiminə, Rusiyadakı türk xalqlarına daha münasib şərtlərlə yüksək təhsil təklif edirik. Bir məsələni də xüsusi vurğulayım. Valideynlərə demək istəyirəm ki, Kıbrıs (Kipr) çox təhlükəsiz ərazidir. Gözəl mənzərəsi, tarixi gözəllikləri, beynəlxalq standartlara uyğun tədris imkanları ilə Kıbrıs son bir neçə ildə yüksək dərəcədə inkişaf edib. Qarşımıza qoyduğumuz məqsədə - türk toplumları üçün yüksək ixtisaslı, çağdaş tələblərə cavab verən, ana dili ilə yanaşı ən azı 1 xarici dili mükəmməl bilən mütəxəssislər yetişdirə biləcəyimizə inanıram.

- Azərbaycanda tələbə qəbulu üzrə büro yaratmısınızmı?

- Bəli, Azərbaycan və yaxın coğrafiyadakı digər ölkələrin də vətəndaşları Bakı şəhəri, Zorge 14-də yerləşən büroya müraciət edə bilərlər. Telefon nömrələrimiz 012 408 52 22, 012 493 36 06, mobil 050 577 80 56.
Bir ay müddətində müraciət edənləri tələbə kimi qəbul etməyə imkanlarımız var.

Aygün MURADXANLI
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed