Şrift:
Hər səhər acqarına bir çay qaşığı zeytun yağı içsək... - İnanılmaz təsiri
20.02.2020 [10:38] - Sağlıq
Baş kardioloq, türkiyəli professor Timur Timurkaynak Beynəlxalq Zeytun Biçini Günlərində zeytunun yağının məlum olmayan faydalarını açıqlayıb. Professor uzun ömürlü olmağın sirlərini də açıqlayıb:
"Bütün dünyada olduğu kimi, köklük, şəkər və ürək xəstəliyi ölkəmizdə də epidemiya halını alıb. İdmandan uzaq, oturaq həyat tərzi, qeyri-sağlam və emal olunmuş məhsullarla qidalanma xroniki xəstəliklərə zəmin hazırlayır. Halbuki, ürək xəstəlikləri tale məsələsi deyil. Həyat çox rəngli və gözəldir. Biz siqaret çəkən, çəkisinə diqqət etməyən, elmdən uzaq həqiqətlərə inanan və möcüzəvi müalicə üsullarının arxasınca qaçıb öz qərarımıza əsasən təbii hesab etdiyimiz şəkildə qidalanan bir cəmiyyət olmamalıyıq”.
Aralıq - Egey dənizi mətbəxinin insanlar üçün çox faydalı olduğunu deyən Timurkaynak dəbdə olan müxtəlif pəhrizlər haqqında fikirlərini bölüşüb: "Bu gün bir çox populyar pəhriz görürük, oxuyuruq, eşidirik. Bunlar möcüzəli şeylər vəd edirlər. Lakin tibb ədəbiyyatına daxil olan və elmi baxımdan ömrü uzatdığı, ürək xəstəliyindən qoruduğu təsdiqlənən yeganə bir pəhriz var. O da Aralıq - Egey dənizi mətbəxidir. Tərkibində rəngarəng tərəvəzlər, meyvələr, paxlakimilər, zeytun yağı, balıq, qoz, fındıq və badam olan zəngin mətbəxdir. Tibb dünyasının ən mötəbər “New England Journal of Medicine” jurnalı hər gün zeytun yağının istifadəsinin ürək və damar xəstəliklərindən qoruduğunu sübut edib”.

Uzun ömürlülüyün sirri - hər gün 1 qaşıq zeytun yağı

Uzun ömürlülüyün reseptini verən professor Timur Timurkaynak hər səhər acqarına bir çay qaşığı zeytun yağı içməyi tövsiyə edib: "Ömrü uzadan yeganə qidalanma tərzi Ağdəniz-Egey mətbəxidir. Bu mətbəx həm köklükdən qoruyur, həm ürəyə faydalıdır, həm də xərçəngin qarşısını alır. Son aparılan araşdırmalarda zeytun yağının Alzeymer xəstəliyinə yol açan beyinə zülal toplanmasını azaltdığı sübut olunub. 1 xörək qaşığı zeytun yağı içərək günə başlamaq ürək, xərçəng və Alzeymer xəstəliyindən qorunmaq üçün ən təsirli üsuldur".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed