25.09.2012 [13:14] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Cəlil Məmmədquluzadə: «Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-vuruş, çalış-vuruş nə var, nə var, mən millətin əlindən yapışacağam»
20-ci əsrin əvəllərində «Molla nəsrəddinçilər»in əsas siması olan Cəlil Məmmədquluzadənin (1869-1932) də milli-türk Azərbaycan idey ası uğrunda mübarizədə müəyyən əməyinin olması danılmazdır. Doğrudur, Məmmədquluzadə Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə və başqaları ilə müqayisədə Azərbaycan türkçülüyü ideyasına bir qədər fərqli yöndən yanaşmış, xüsusilə islama münasibətdə tənqidi mövqe tutmuşdur. Müsəlmanların geriliyinin əsas səbəblərindən biri kimi islamın adından çıxış edən ruhanilər və din alimlərini görən C.Məmmədquluzadə hesab edirdi ki, onlarla bir araya gəlib millətin inkişafına nail olmaq mümkün deyildir. Bu baxımdan C.Məmmədquluzadə müsəlmanları islam və millət əsasında birliyə çağıranları - Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b. tənqid etmişdir. Onun fikrincə, «islam birliyi» adı ilə bəylə kəndli, varlı ilə yoxsul birləşə bilməz. Bu mənada, o, «türk-islam birliyi» vəhdətini qəbul etmir, daha çox milli və sinfi birliyi önə çəkirdi.
C.Məmmədquluzadənin bu dövrdə milli-dini birlikdən çıxış edənlərlə razılaşmadığı əsas məsələlərdən biri də dil birliyi ilə bağlı olmuşdur. Türk dilini qorumağı, onu yaşatmağı ilk vacib məsələlərdən biri hesab etməklə yanaşı, Məmmədquluzadə Ə.Hüseynzadənin, Ə.Kamalın və başqalarının osmanlı türkcəsinin türklərin ortaq ədəbi dili ideyasına qarşı çıxmışdır. Məmmədquluzadə «Molla Nəsirəddin» jurnalının ilk sayındaca (1906) bəyan etmişdir ki, o «türk dili» dedikdə xalqın danışdığı dili nəzərdə tutur: «Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram». Deməli, C.Məmmədquluzadə millətin canlı danışıq dilinin ədəbi dil olması tərəfdarı idi.
Bu baxımdan C.Məmmədquluzadənin istər islamla bağlı tutduğu radikal mövqeyi, istərsə də osmanlı dili və ədəbiyyatının Azərbaycan türkləri arasında təbliğinin tənqidi və s. də onun marksist-leninçilərlə yaxınlığı kimi izah olunur. Çünki həmin dövrdə marksist-leninçilərin çarizmlə yanaşı, əsas mübarizə apardığı qüvvələr məhz islamçılar və türkçülər olmuşdur. Bütün bunları nəzərə alaraq, sovet ədəbiyyatında C.Məmmədquluzadə inqilabçı-demokrat kimi qələmə verilmiş və marksizmə rəğbət göstərildiyi qeyd olunmuşdur.
Bu baxımdan onun 1905-ci ildə bolşeviklərə aid bir qəzetdə «Binəsiblər», «Xeyir-dua» və s. kimi məqalələri diqqəti daha çox cəlb edir. O, bu məqalələrində göstərir ki, İranda olduğu kimi, Rusiyada da fəhlələr və kəndlilər istismar olunur. Ancaq İrandan fərqli olaraq, Rusiyada fəhlələr və kəndlilər ayğa qalxaraq, birləşərək onları istimar edənlərə qarşı çıxırlar. Məmmədquluzadə İran fəhlələrinə tövsiyə edirdi ki, onlar da dini və etnik mənsubiyyyəti bir kənara qoyaraq istimarçılara qarşı birləşsinlər. O, yazırdı ki, İran fəhlələri Rusiyadakı öz yoldaşlarının yolu ilə gedərək İran zalımları, xanları, mollaları, şahzadələri və sairləri tərəifndən boyunlarına salnmış öoyunduruqdan azad olmaq istəsələr, «o zaman onların Rusiyadkı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şüarını verərlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun: «Bütün ölkələrin proletarları birləşin!». Qoy oxusunlar və birləşsinlər».
Bizə elə gəlir ki, 1900-1917-ci illərdə C.Məmmədquluzadə marksizmə meyil göstərsə də, birmənalı şəkildə sol cəbhəyə keçməmiş, hətta sonralar, xüsusilə 1917-ci il fevral burjua inqilabından sonra onun bir qanadı olan bolşevizmin əsil mahiyyətini müəyyən dərəcədə anlayaraq milli-demokratizmə meyil göstərmişdir. Belə ki, 1917-ci ildə yazdığı «Cümhuriyyət» məqaləsindəndə o, xalq hakimiyyətinin - demokratik respublikanın prinsiplərini və azadlıqlarını: etiqad, yığıncaq, birləşmək, çap etmək, danışmaq, siyasi partiyalar yaratmaq, dil bir olub-həmtədbir olmaq göstərmişdi. O, yazır: «Vətəndaşlar! Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir. Vətəndaşlar! Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən… onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, taki bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasından (vəziyyətindən- F.Ə.) və əhvalından… xəbərdar olsunlar. Vətəndaşlar! Cümhuriyyət, yəni latınca «respublika» elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri».
Hətta, o, bu dövrdə milli-demokratik qüvvələrə meyil edərək yazırdı ki, bir insan üçün vətən, dil və millət anlayışlarından kənar nicat yolu yoxdur. Onun üçün, vətən Azərbaycan, dil və millət isə türk demək idi. Məsələn, «Hənalı fitnəçilər» məqaləsində C.Məmmədquluzadə Azərbaycan xalqının milli birliyi və istiqlaliyyəti uğrunda mübarizə aparan M.Ə.Rəsulzadəyə üzünü tutaraq yazırdı: «İndi də Bakıda seçki məcəlləsi düşüb ortalığa və Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-vuruş, çalış-vuruş nə var, nə var, mən millətin əlindən yapışacağam. Çox əcəb, yapış, vuruş qəzet yaz, nitq söylə, o şəhərə get, yenə yaz, yenə yaz, yenə danış, amma, - bu işlərin iki nəticəsi var: biri budur ki, atalar demişkən «el üçün ağlayanın gözü kor olar», nə qədər çalışrsan çalış, yenə axırda sənə qalacaq haman yazmaq, yazmaq və hələ çox danışsan və ata və analarından xəbəri olmyan müsəlman qardaşların arzusu yerinə yetsə - bəlkə dustaqxanalarda millət yolunda çəkdiyin günləri yenə ziyarət etmək». C.Məmmədquluzadə daha sonra sözlərinə belə davam edir: «İkinci nəticəsi budur ki, indi sən, əzizim doğrudur ki, çalışırsan və bu çalışmaqdan da söz yox millətə də az-çox mənfəət gətirirsən və özünə də şöhrət qazanırsan, buna sözüm yox - amma burası var ki, sənin bu çalışmağın mənə xoş gəlmir, səbəb budur ki, əvvala mənim məsləkimə ziddir (çünki həqiqi millətçlik, həqiqi vətənpərvəprlik, həqiqi islamçılıq olan yerdə yalançı islamçılığa, yalançı vətənpərvərliyə və yalançı millətçiliyə yer qalmır - F.Ə.) və ikincisi mənim fitrətim ilə düz gəlmir ki, sən millətçi olub şan və şöhrət qazanasan, mən də kənardan durub baxım».
C.Məmmədquluzadə doğru olaraq qeyd edir ki, sözün həqiqi mənasında millətin arasından M.Ə.Rəsulzadə kimi bir şəxsiyyət tapılıb milli ideoloqa çevrilirsə, gözü götürməyənlər müxtəlif yollarla onu ləkələməyə çalışacaqlar. C.Məmmədquluzadənin dili ilə desək: «Yox belə ola bilməz, mən səni qoymaram məqsədinə çatasan, mən səni peşman elərəm, mən səni sındıraram, mən səni yox elərəm və bundan da asan iş mənim üçün yoxdur, bir istəkan su içməkdən asandır. Məhz lazımdır saqqalımı qaraldıb daxil olum mollalar məclisinə və bir ovqat yalandan məsciddə görsənim və sonra orada-burada səs buraxım ki, Məhəmməd Əmin Rəsulzadə istəyir yeddi cüzini çıxardıb atsın». Deməli, C.Məmmədquluzadə sonralar anlamışdır ki, millətin nicatı onun öz əlindədir və bunu həyata keçirmək üçün millətin həqiqi rəhbərə ehtiyacı var. Dövründə belə bir rəhbərin M.Ə.Rəsulzadənin olmasına şübhə etməyən C.Məmmədquluzadə müsəlmanları-türkləri onu ləkələməyə deyil, əksinə müdafiə etməyə çağırmışdı.
C.Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı «Azərbaycan» məqaləsində də açıq şəkildə ifadə etmişdir ki, Vətəninin adı Azərbaycan, millətinin və dilinin adı isə türkdür:
- Dilim nə dilidir?
- Türk dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir.
Fikrimizcə ki, milli-demokratik ideyaya rəğbətin davamı olaraq o, «Anamın kitabı» (1920) pyesində də həmvətənlərinə milli qürur, vətənpərvərlik hissi oyatmağa çalışmışdır. Bu əsərində C.Məmmədquluzadə Azərbaycan türk ailəsində böyümüş üç qardaşın Rusiya, İran və Osmanlı Türkiyəsi tərbiyəsi altında milli köklərindən, milli adət-ənənələrindən, milli dilindən və s. uzaq düşməsinin, yəni ruspərəst, iranpərəst və osmanlıpərəst olmalarının səbəblərini göstərmişdir. Maraqlıdır ki, qardaşlar milli köklərindən uzaq düşsələr də, çar senzoru onları min il yuxuda olan camaatı hökumət əleyihnə birləşidirb, müstəqil Azərbaycan hökuməti əmələ gətirməkdə şübhəli bilir. Əsərin sonunda Gülbaharın qardaşlarının Rusiya, İran və Osmanlıya aid kitablarını yandıraraq, «anamın kitabı» - «milli kitabı» saxlamasında milli özünüdərkə, müstəqil və milli Azərbaycan dövlətinin qorunmasına bir çağrış var. Məhz milli-demokratik ideyaya bağlılğın nəticəsi idi ki, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra Vətənə dönən C.Məmmədquluzadə marksizm-leninzmin kommunizm ideyasına bağlana bilməmişdir.

Bu xəbər oxucular tərəfindən 1574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |