20.02.2020 [13:12] - Gənclik
Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 5 nömrəli xüsusi internat məktəblərinin şagirdləri üçün 17 fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunmuş tədbir keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, “Yer üzünün günəşidir-xeyirxahlıq!” mövzusunda keçirilmiş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək tədbirin əhəmiyyətindən, uşaqların xeyirxahlıq ideyalarını mənimsəməsinin önəmindən bəhs edib. Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində məqsəd yüksək insani keyfiyyətlərdən sayılan xeyirxahlığı gələcək nəsillərə çatdırmaq, cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə dəstək verməkdir. Tədbirdə çıxış edən müvəkkil Səbinə Əliyeva uşaqları və digər iştirakçıları salamlayaraq onlara xoş arzularını çatdırıb. Ombudsman əlilliyi olan şəxslərin, o cümlədən uşaq və gənclərin hüquqlarının müdafiəsi və təbliği sahəsində dövlət səviyyəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Səbinə Əliyeva bu məsələnin Ombudsman təsisatının da daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Konsert proqramında sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdi Səməd Novruzov, “Silent Communication” və 2 nömrəli xüsusi internet məktəbinin şagirdlərdən ibarət xor kollektivi də iştirak ediblər. Ümumilikdə, proqram üzrə 12 musiqi nömrəsi təqdim edilib. Sonda uşaqlara kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |