Şrift:
Hollandiyadakı azərbaycanlılar İran səfirliyi qarşısında aksiya keçirib (VİDEO)
25.09.2012 [15:22] - Gündəm, Diaspor
Hollandiyanın Haaqa şəhərində yaşayan azərbaycanlılar İran səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar yeni tədris ilində İranda yaşayan azərbaycanlıların öz dillərində təhsil almalarına şərait yaratmayan İran hökumətinə qarşı etirazlarını nümayiş etdiriblər. 1 saat davam edən aksiyanın iştirakçıları İran hökumətinin bu siyasətinə qarşı şuarlar səsləndiriblər.
Hollandiya Azərbaycanlıları Dərnəyinin sədri İlhan Aşkın məsələ ilə bağlı bunları deyib: “İranda məktəblərin açıldığı bir gündür. İranda yaşayan 35 milyonluq azəri türkünün doğma dilində məktəblərinin olmasını istədiyimiz üçün buradayıq. Onların doğma dillərində məktəblərinin, qəzetlərinin və televiziyalarının olmasını istəyirik”.
Aksiya iştirakçıları İranın bu siyasətinin insan haqlarının pozulması və özlərinə qarşı mədəni soyqırım olduğunu bəyan ediblər. Etirazçılar tələblərinin yer aldığı məktubu səfirlik nümayəndələrinə təqdim ediblər. Aksiya insidentsiz başa çatıb.

[media=[media=%20http://www.youtube.com/watch?v=J9fGjI14Rzg&feature=player_embedded#!]
Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed