21.02.2020 [08:24] - Borçalı
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşəbbüs və təşkilatçılığı ilə Marneuli rayonunda regional bilik yarışması keçirilib. Yarışmada Qardabani, Dmanisi və Marneuli rayonlarından, eləcə də Tiflis şəhərindən olan komandalar iştirak ediblər.
Azərbaycan dili və Ədəbiyyatı, Gürcüstan coğrafiyası və tarixi fənnləri üzrə keçirilən yarışmada Marneuli rayonu Böyük Muğanlı ictimai məktəbinin “Şəfəq” komandası l-ci yerə, Qardabani rayonu Muğanlı ictimai məktəbinin “Zəka” komandası isə II-ci yerə layiq görülüblər. VIII-XI sinif şagirdlərindən ibarət komandaların mübarizə apardığı bilik yarışmasında iştirak edən şagirdlərə, eləcə də onların məktəblərinə təşkilat tərəfindən xüsusi “Diplom”, “Təşəkkürnamə” və hədiyyələr təqdim olunub.
Mükafatlandırma zamanı çıxış edən professor, tarixçi Mahmud Kamaloğlu bu cür bilik yarışmalarının keçirilməsinin müsbət əhəmiyyətindən danışıb. O, gənclərin elmə, biliyə olan marağının artmasında bu cür bilik yarışmasının böyük rolunun olduğunu qeyd edib. GAMİ-nin sədri Səadət Zeynalqızı, təşkilatın təsisçilərindən Nəsib Lətifoğlu, Marneuli rayonu Böyük-Muğnalı ictimai məktəbinin direktoru Musa Yusifli, 64 saylı Tbilisi şəhər ictimai məktəbinin müəllimi Abayət Qurbanova, 218 saylı Tbilisi şəhər ictimai məktəbinin müəllimi Cəmilə Kərimova, Qardabani rayonu Kalinin ictiami məktəbinin müəllimi, filoloq Növrəstə Məhərrəmqızı, Muğanlı ictimai məktəbinin direktoru Dilarə Abazova və digərləri də qalib komandaları təbrik edərək, şagirdlərin fəallığının artırılması, cəmiyyətə inteqrasiyası, eləcə də ictimai işlərdə aktiv olmaları üçün mütəmadi olaraq bu cür layihələrin həyata keçirilməsinin vacib olduğunu bildiriblər.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |