25.09.2012 [16:20] - Gündəm, DAVAMın yazıları
Asəf Quliyev
Türkiyədə ittiham olunan hərbiçilərə qarşı məhkəmə hökmünü verdi. Haqqında hökm çıxarılan 325 nəfərin 89-u general və admiraldır. Türkiyə olaylarının Azərbaycana mütləq mənada dəxli var. Buna görə də vaxtaşırı bu mövzuya toxunmağı lazım bilirəm. Baş verənlərin mahiyyəti və bizimlə əlaqələri barədə daha geniş “Türkün türkdən başqa türkü yoxdur” yazımda oxuya bilərsiniz indi isə...
Bilmirəm, dünyanın hansısa ölkəsində eyni işə görə 89 general və admiral haqda hökm çıxarılıbmı? Əslində heç bilmək də istəmirəm. Bir həqiqətə isə varlığım qədər əminəm. Əgər 89 türk generalının və admiralının hansısa bir sövdələşməsi olsaydı, Türkiyənin bugünkü durumundan mənfəət götürənlərin başına tutarlı bir balyoz vura bilərdilər.
Türk məhkəməsinin bu qərar yalnız və yalnız Türkiyədə və Yaxın Şərqdə maraqlarını təmin etmək istəyən qüvvələrin əlinə işlədi. Türk milləti isə bundan yalnız zərər görəcək.
Gəlin yaranmış situasiyada bəzi reallıqları yada salaq:
• Fransada ermənilərin daha çox haqlı olduğunu daha çox qəbul edən şəxs artıq prezidentdir.
• Rusiya Qafqazda mövqelərini möhkəmlətmək üçün dişlərini qıcayıb.
• Türklərin qənimi olan ASALA yenə meydan oxuyur.
• PKK-nın fəallığı artıb.
• Dünyada müəyyən qüvvələr var ki, Dağlıq Qarabağı bir subyekt olaraq gündəmə gətirmək istəyir.
Bütün bunlar türk millətinin başı üzərində dolaşan balyozların bir qismidir. Bu balyozlara türk generalları qalxan ola bilərdi.
Və bu vaxt 89 türk generalı mühakimə olunur.
Bax bu türk millətinin başına dəyən balyozdur.
Kimsə bunun əksini sübut etmək üçün formal məntiqi əsaslar axtarıb tapa bilər. Və bu formal məntiqi əsasları bütün dünya qəbul da edə bilər. Amma bu formal məntiqi əsaslar türk millətinin maraqlarına cavab vermirsə, rədd olsun belə məntiq....

Bu xəbər oxucular tərəfindən 1420 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |