Şrift:
Ermənilər Azərbaycana 431 milyard dollarlıq ziyan vurub
25.09.2012 [16:44] - İqtisadiyyat
İqtisadi İnkişaf Nazirliyi (İİN) Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi ziyanı hesablayıb.

Bu barədə İİN dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənov məlumat verib. N. Həsənov deyib ki, işğal nəticəsində Azərbaycana dəyən ümumi ziyan 431,5 milyard ABŞ dolları həcmindədir: “Bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında hazırlanıb”.


N. Həsənov qeyd edib ki, işğal nəticəsində dəyən ziyanın hesablanması prosesi davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed