Şrift:
Goranboyda Kəlbəcər sakinlərinin 40 başdan çox iribuynuzlu mal-qarası oğurlanıb
24.02.2020 [09:36] - Hadisə
Goranboyun Meşəli kəndi ərazisindən son 6 ay ərzində 40 başdan çox iribuynuzlu mal-qara oğurlanıb. Meşəli kəndindəki həyət və otlaq sahələrindən 10 nəfər Kəlbəcər rayon sakininin mal-qarası oğurlanıb. Ötən ilin avqust, sentyabr və oktyabr aylarından etibarən intensiv şəkildə mal-qara həyət və örüş yerlərindən yoxa çıxmağa başlayıb. Kənd sakini Mürşüd Zeynalov isə hətta iki dəfə qarət olunub. Öncə 6 baş, daha sonra isə 8 baş iribuynuzlu malı oğurlanıb. Oğrular qarət zamanı əsasən ətlik və südlük mal-qaraya üstünlük verib. Baş vermiş faktlarla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar davam edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed